• şənbə, 27 Aprel, 08:54
  • Baku Bakı 12°C

Allah xətrinə, Almaniya! - Artıq darıxdırıcı olur axı

03.07.17 13:30 1034
Allah xətrinə, Almaniya! - Artıq darıxdırıcı olur axı
Almaniya yığmasının Konfederasiyalar Kubokunun finalında Çiliyə qalib gəlməsi (1:0) bir çox futbol mütəxəssislərini narazı salıb.
Kaspi.az xəbər verir ki, Almaniyanın optimal olmayan heyətlə turnirin qalibi olması İngiltərə futbolunun əfsanələrindən hesab olunun Qari Linekeri qane etməyib. O, sosial şəbəkədə fikrini belə bildirib:
"Allah xətrinə, Almaniya! Artıq darıxdırıcı olur axı”.
Lineker DÇ-1990-ın yarımfinalında İngiltərə yığmasının Almaniyaya məğlub olmasından sonra belə bir fraza işlətmişdi:
"Futbol çox sadə oyundur. 22 nəfər 90 dəqiqə ərzində meydanda qaçır, sonda isə almanlar qalib gəlir”.
banner

Oxşar Xəbərlər