• şənbə, 27 Aprel, 03:09
  • Baku Bakı 14°C

AFFA 4 klubu cəzalandırıb

11.03.14 13:16 1172
AFFA 4 klubu cəzalandırıb
Apasport.az saytının məlumatına görə, toplantıda Topaz Premyer Liqasının XXV turunun qarşılaşmalarında yaşanan xoşagəlməz hadisələr müzakirə olunub. Bunun nəticəsində 4 klub cəzalandırılıb.
“Xəzər Lənkəran”la ev oyununda 7 futbolçusu sarı vərəqə ilə cəzalanan “Rəvan” 1000 manat cərimə olunub.
“Neftçi” ilə ev oyununda azarkeşləri meydançaya kənar əşya atdığı üçün “Qəbələ” daha çox xərcə düşüb. Əyalət təmsilçisi 2 min manat ödəməli olacaq. Oyunda “Qəbələ” azarkeşləri tərəfindən təhqiredici pankartlar açıldığı üçün klub 5 min manat cərimə olunur
AZAL - “Simurq” matçında qırmızı vərəqə alan futbolçuların cəzası isə fərqli olub. 73-cü dəqiqədə sonuncu ümid folu ilə cəzalanan İlkin Qırtımov 1 oyunluq kənarlaşdırılıb və “Simurq”u 200 manat ziyana salıb. Elə eyni dəqiqədə azarkeşlərin ünvanına təhqiramiz ifadələr işlədən Aleksandr Şemonayev isə 3 oyunluq cəzaya məruz qalıb. Futbolçusu AZAL-ı 2 min manat ziyana da salıb. Paytaxt təmsilçisi 4 futbolçusu sarı vərəqə aldığı üçün daha min manat da cərimə olunub.
banner

Oxşar Xəbərlər