5 min avroya qarışqa aldı
"Real”ın
futbolçusu Luka Modriç bürüncdən olan qarışqa heykəli alıb.
Kaspi.az xəbər
verir ki, "Qızıl top”un sahibi bu heykələ görə 5 min avro xərcləyib. O,
"Real”ın kapitanı Serxio Ramosdan nümunə götürüb.
Ramos bir müddət
əvvəl həşərat heykəli almışdı. Lukanın aldığı qarışqa heykəlini ingilis heykəltəraş
hazırlayıb. Heykəlin hündürlüyü 60 sm-dir.
Modriç cari
mövsümdə İspaniya çempionatında 6 oyun keçirib, 1 ol vurub, 1 qol ötürməsi
edib.