• şənbə, 27 Aprel, 03:19
  • Baku Bakı 14°C

Azərbaycan millisinin hücumçusu gənc bombardirlər siyahısında liderdir

03.02.23 12:30 842
Azərbaycan millisinin hücumçusu gənc bombardirlər siyahısında liderdir

Cari mövsüm Avropa liqalarında 21 yaşadək oyunçular arasında ən çox qol vurmuş futbolçular bəlli olub.

Kaspi.az-ın "Euro Foot" nəşrinə istinadən məlumatına görə, siyahıda Azərbaycan millisinin və "Qarabağ" klubunun hücumçusu Musa Qurbanlı da yer alıb.

Gənc forvard 14 qolla Fransanın "Reyms" komandasının oyunçusu Folorin Baloqanla birlikdə 1-2-ci yerləri bölüşdürür.

İlk "üç-lüy"ü Portuqaliya "Benfika"sından Qonsalu Ramuş (12 qol) qapayır.

Qeyd edək ki, Musa Qurbanlı 2019-cu ildən "Qarabağ"da çıxış edir.

banner

Oxşar Xəbərlər