Yeniyetmələr üçün master-class təşkil edilib - Fotolar
1410
14 iyul 2016 | 11:55
Binəqədi rayon İcra Hakimiyyətinin dəstəyi və M.Ə.Rəsulzadə
Bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin yeniyetmə və
gəncləri üçün master-class təşkil edilib. "Birgə Yaradaq" layihəsi çərçivəsində
keçirilən "Yaradıcı əllər” adlı layihəyə 13 iyul 2016-cı il tarixdən start verilib. Layihənin
açılış günündə M.Ə.Rəsulzadə Bələdiyyəsinin
sədri Hümbət Hüseynov çıxış edərək bildirib ki, bu layihə bələdiyyənin
2016-cı il Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir. O, qeyd edib
ki, başlıca məqsəd gənc nəslin peşə seçiminin istiqamətləndirilməsi, yaradıcı sənət
növlərinin əxz edilməsi, həmçinin gənclərin asudə vaxtının səmərəli təşkilidir.
TədbirdəBinəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin
baş məsləhətçisi Elnur Məmmədov bələdiyyə tərəfindən həyata keçirilən bu layihənin
bələdiyyə-sakin, bələdiyyə-vətəndaş münasibətlərini daha da möhkəmləndirəcəyini
vurğulayıb və layihə iştirakçılarına uğurlar arzulayıb.
Sonra master-classı aparacaq peşəkar mütəxəssis, bu
sahədə böyük təcrübəsi olan, bir sıra sərgilərin iştirakçısı, eləcə də M.Ə.Rəsulzadə
qəsəbəsinin sakini Bəyim Məmmədovaya söz verilib. B.Məmmədova deyib ki, bələdiyyə
tərəfindən qəsəbə gənclərinin inkişafına yönələn belə bir təşəbbüs təqdirəlayiqdir.
Onun sözlərinə görə, bu layihə gənc istedadların üzə çıxarılması və yaradıcılıq
potensiallarının artırılmasına xidmət edəcəkdir.
Rəsmi hissədən sonra yeniyetmələrlə master-classa
start verilib.
Qeyd edək ki, layihə çərçivəsində iştirakçılar lentlə,
xırda muncuqlarla güllərin hazırlanmasını, eləcə də milçə ilə güllərin və
papışın toxunmasını öyrənəcəklər. Master-class qəsəbə yeniyetmə və gənclərini əhatə
etməklə bir ay müddətində davam edəcəkdir. Növbəti təlim 15 iyul 2016-cı il
tarixdə baş tutacaqdır.