• çərşənbə axşamı, 12 noyabr, 01:02
  • Baku Bakı 13°C

"HealthTürkiye"nin tanıtımı keçirilib

29.07.23 05:30 25108
"HealthTürkiye"nin tanıtımı keçirilib

Türkiyənin Ankara şəhərində beynəlxalq sağlamlıq markası olan “HealthTürkiye”nin tanıtımı keçirilib. Tədbirin məqsədi Türkiyədə sağlamlıq turizmini bu ad altında dünyada tanıtmaqdır. Tədbirdə 6 ölkənin media qurumlarını təmsil edən jurnalistlər iştirak edib.

Türkiyədə fəaliyyət göstərən Beynəlxalq Sağlıq xidmətləri Anonim Agentliyi USHAŞ-dan “Kaspi”-yə verilən məlumata görə, Türkiyə sağlamlıq turizmi üçün qanuni tənzimləmələr olan nadir ölkələrdəndir:"Türkiyə təxminən 1 milyarda xitab edən əhəmiyyətli coğrafi mövqeyə malikdir. Təsadüfi deyil ki, 2022-ci ildə 1.258.000 insan müxtəlif səbəblərə görə səhiyyə xidməti almaq üçün ölkəmizə səfər edib. Məqsədimiz keyfiyyətli, sürətli və təsirli xidmət almaq istəyənlərin tələblərini qarşılamaqdır. Sağlamlıq turizmi dünyada və bizdə alternativ turizm tendensiyası kimi formalaşmaqdadır".

Agentliyin məlumatına əsasən, sağlamlıq turizmi ilə bağlı ölkəyə əsasən, plastik cərrahiyyə və estetik prosedurlar, diş, göz, ginekologiya və reproduktiv sağlamlıq, ortopediya, pediatriya və onkologiya ilə bağlı müraciət edirlər: "Türkiyədə səhiyyə xidmətləri dövlət, yarı-dövlət, özəl klinikalar tərəfindən təmin edilir". Tədbir çərçivəsində jurnalistlər Ankaranın məşhur xəstəxanalarını ziyarət edib, xidmətləri ilə maraqlanıblar.

Aygün Əziz

banner

Oxşar Xəbərlər