“Yeni il xaricilərin gözü ilə” - Fotolar

Azərbaycan Dillər Universitetinin
(ADU) İnformasiya Resurs Kompleksində (İRK) universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru,
professor Jalə Qəribovanın təşəbbüsü, Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı
ilə əcnəbi tələbələr və müəllimlər üçün 31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, həmçinin
Yeni il münasibətilə "Yeni il xaricilərin
gözü ilə” adlı bayram tədbiri keçirilib.
Öncə tədbir iştirakçılarını salamlayan
universitetin Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov hər kəsi
31 dekabr - Dünya azərbaycanlılarının həmrəyliyi günü, eyni zamanda Yeni il
münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Azərbaycanda bir çox ölkələrin nümayəndələrinin
olduğunu bildirən Beynəlxalq əlaqələr üzrə prorektor, professor Jalə Qəribova
onların mənsub olduqları müxtəlif millətlərin öz adət-ənənələri ilə ölkəmizi
daha maraqlı və zəngin etdiklərini söyləyib.
O, əcnəbi tələbələrin fərqli mədəniyyətlərinin bir arada cəmləndiyi,
multikultural ölkəmizdə Yeni ili daha gözəl keçirmələrini arzu edib.
ADU-nun nəzdində fəaliyyət
göstərən Konfutsi İnstitutunun Azərbaycan tərəfindən direktoru, professor Rafiq Abbasov tədbir iştirakçılarını səmimi qəlbdən təbrik edib,
uğurlar arzulayıb.
Tədbirdə ADU-nun Macar dili müəllimi Edina Dallas,
İtalyan dili müəllimi Muscaritolo Stefano, koreyalı müəllim və tələbələr, habelə
Konfutsi İnstitutunun əməkdaşları çıxışlarında öz ölkələrində Yeni ilin
qarşılanması, bayramın qeyd olunması ilə bağlı müxtəlif adət-ənənələr barədə ətraflı
məlumat veriblər. Eyni zamanda, Erasmus Mundus proqramı əsasında ADU-da təhsil
alan Canan Özbaykal müxtəlif xalqların milli rəqslərini ifa edib.
Tədbir bayram şənliyi ilə davam edib.

