• cümə, 26 Aprel, 04:17
  • Baku Bakı 16°C

Turpaketlərin formalaşdırılmasında süni maneələrin aradan qaldırılması müzakirə olunub

30.01.23 16:15 451
Turpaketlərin formalaşdırılmasında süni maneələrin aradan qaldırılması müzakirə olunub

Azərbaycanın turizm sektorunda uzunmüddətli satışların həyata keçirilməsi üçün turpaketlərin formalaşdırılmasında süni maneələr var.

"Report" "Azərbaycan Turizm Agentlikləri Assosiasiyası" İctimai Birliyinə istinadən xəbər verir ki, bu məsələr qurumun hotellərlə gələcək əməkdaşlıq əlaqələrinin qurulmasına dair iclasında müzakirə olunub.

Assosiasiyanın Gəlmə Turizm Komitəsi 2022-ci ildə əməkdaşlıq edilən, eləcə də 2023-cü il üçün birgə iş birliyinin qurulması nəzərdə tutulan hotellərlə tərəfdaşlıq əlaqələrinin qurulması və sağlam rəqabətin yaradılması nəzərdən keçirilib. İclasda ATAA üzvlərinin bir sıra hotellərlə biznez fəaliyyətinin qurulmasında üzləşdiyi çətinliklər, qiymət siyasətinin tənzimlənməsi, korporativ müqavilələrin imzalanması, uzunmüddətli satış üçün turpaketlərin formalaşdırılmasında mövcud olan süni maneələrin aradan qaldırılması kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə ötən il ATAA üzvləri ilə bir sıra hotellər arasındada əməkdaşlıq əlaqələrinin qurulmasında meydana çıxan problemlərin qarşılıqlı həllinin tapılması üçün yaxın zamanlarda birgə görüşlərin təşkil edilməsi də müzakirə olunub.

banner

Oxşar Xəbərlər