• cümə, 29 Mart, 19:06
  • Baku Bakı 14°C

Səudiyyə Ərəbistanı təxliyyə tədbirlərini həyata keçirir

08.05.23 19:02 864
Səudiyyə Ərəbistanı təxliyyə tədbirlərini həyata keçirir

Səudiyyə Ərəbistanı Krallığı səudiyyəli vətəndaşlar, eləcə də dost və qardaş  dövlətlərin təbəələrinin, o cümlədən diplomat və beynəlxalq vəzifəlilərin Sudan Respublikasından Səudiyyə Ərəbistanı Krallığına təxliyəsinə nəzarət və qayğı göstərmişdir. Bu həmçinin  beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi Səudiyyə Ərəbistanı Krallığının effektiv rolunun təsdiqi kimi, dost və qardaş  dövlətlərin öz təbəələrinin təxliyəsi barədəki müraciətlərinə cavab olaraq həyata keçirilmişdir.

Belə ki, dəniz yolu ilə təxliyə əməliyyatları Xartumdan Port Sudan limanına, oradan isə Ciddə şəhər limanına, hava yolu ilə isə Səudiyyə Ərəbistanı Kral Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrlə Ciddə şəhərindəki Kral Abdullah Hava Bazasına çıxarılmanı təmin edib. İndiyə kimi (8 may 2023-cü il) təxliyə edilənlərin ümumi sayı 8498 (278 Səudiyyə Ərəbistanı vətəndaşı və aşağıdakı bir sıra dost ölkələrdən olan 8220) nəfərə çatıb:

Azərbaycan, Türkiyə, Pakistan, İndoneziya, Çin, Küveyt,  BƏR, Qətər, Bəhreyn, Oman, İraq, Yəmən, Misir, Suriya, Tunis, Livan, Liviya, Əlcəzair, Mərakeş, İordaniya, Fələstin, Əfqanstan, Hindistan, Banqladeş, Nepal, Miyanmar, Monqolstan, Filippin, Şri-Lanka, Tayland, Sinqapur, Vyetnam, Kombociya, Malayziya, İran, Gürcüstan, Ermənistan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Avstraliya, Amerika Birləşmiş Ştatları, Kanada, Nikaraqua, Panama, Paraqvay, Ekvador, Böyük Britaniya, Rusiya, İsveç, İtaliya, Niderland, Almaniya, Xorvatiya, İsveçrə, Yunanstan, Bolqariya, İrlandiya, Bosniya və Herseqovina, Norveç, Serbiya, Polşa, Macarıstan, Fransa, Belçika, Rumıniya, Avstriya, Makidoniya, Mavritaniya, Somali, Cibuti, Cənubi Sudan, Tanzaniya, Efiopiya, Syerra-Leone, Nigeriya, Seneqal, Kabo-Verde, Kot-d'İvuar, Botsvana, Malavi, Liberiya, Konqo, Moqadişo, Burkina-Faso, Keniya, Uqanda, Zimbabve, Burundi, Çad, Niger, Qambiya, Cənubi Afrika, Zambiya, Benin, Mali, Mozambik, Qana, Qvineya, Ruanda, Eretriya, Namibiya, Mavriki (BMT-nin bir neçə işçisi).

Səudiyyə Ərəbistanı Krallığı Sudanda qan tökülməsinə son qoymaq, döyüşləri dayandırmaq, siyasi həll prosesinə qayıtmaq üçün, var qüvvəsini sərf etməkdə davam edir. Bununla bağlı o, Sudandakı qruplar, qardaş və dost dövlətlər, beynəlxalq təşkilatlarla təmaslar qurur. Krallıq həmçinin qardaş və dost dövlətlərlə birgə atəşkəsin bərqərar olunmasına, humanitar dəhlizlər açılmasına və mülki əhalini qorumasına stimul verir. Bundan əlavə Krallıq 24 saat ərzində özünün bütün dövlət qurumlarının müntəzəm səyləri ilə təxliyə əməliyyatlarının təşkili və koordinasiyasında mərkəzi rolunu icra edək, bütün ölkələrin mülki vətəndaşlarının salamat çıxışı, qardaş və dost dövlətlərə bu sahədə bütün yardımları göstərməkdən əmin olur.

banner

Oxşar Xəbərlər