• çərşənbə axşamı, 23 aprel, 16:06
  • Baku Bakı 24°C

Paşinyanın Rusiya əleyhinə planına Moskvadan SƏRT CAVAB

27.03.23 21:38 611
Paşinyanın Rusiya əleyhinə planına Moskvadan SƏRT CAVAB

Moskva Paşinyanın Rusiya əleyhinə planına sərt cavab verib.

Trend TASS-a istinadən xəbər verir ki, Moskva Rusiya Federasiyasının rəhbərliyinə qarşı "qarantlar" fonunda İrəvanın BCM-nin Roma Əsasnaməsinə qoşulmaq planlarını qəbuledilməz hesab edir.

Həmçinin, XİN-dəki mənbəyə istinadən xəbərdə bu kontekstdə Rusiya ilə münasibətlər üçün “son dərəcə mənfi” nəticələrə toxunulur və bu barədə İrəvana xəbərdarlıq edilib.

Qeyd edək ki, martın 24-də məlum olub ki, Ermənistan Konstitusiya Məhkəməsi BCM-nin Roma Statutundan irəli gələn öhdəlikləri konstitusiya kimi tanıyıb. Bu qərar dərc edildiyi gündən qüvvəyə minir. Bundan sonra Roma Əsasnaməsi Ermənistan parlamentində ratifikasiya edilməlidir.

banner

Oxşar Xəbərlər