• cümə, 19 Aprel, 14:52
  • Baku Bakı 25°C

Nazirlik könüllülər sırasına qoşulmaq istəyənlərə müraciət etdi

07.04.22 19:45 2417
Nazirlik könüllülər sırasına qoşulmaq istəyənlərə müraciət etdi
İqtisadiyyat Nazirliyi könüllülər sırasına qoşulmaq istəyənlərə müraciət edib.
Nazirliyin mətbuat xidmətindənKaspi.az-a bildirilib ki, İqtisadiyyat Nazirliyində növbəti könüllü fəaliyyəti təşkil edilir. Bununla bağlı müraciətlər aprelin 30-dək qəbul ediləcək. Könüllülər sırasına qoşulmaq istəyən gənclər İqtisadiyyat Nazirliyinin "www.economy.gov.az” internet səhifəsində "Könüllü fəaliyyəti” bölməsinə daxil olmaqla elektron müraciət edə və ya CV-ni Nazirliyə (Bakı şəhəri, Heydər Əliyev prospekti, 155) təqdim edə bilərlər. Nazirlikdə könüllü fəaliyyət müddəti 3 aydır. Könüllülərlə müqavilə müddəti tərəflərin qarşılıqlı razılığına uyğun olaraq uzadıla bilər. Könüllülük müddətini uğurla başa vuran gənclərə sertifikatlar veriləcək. Könüllülərin seçimi zamanı dil (ingilis, rus) və kompüter biliklərinə, dövlət qulluğu vəzifələri üzrə müvafiq sertifikata malik olan şəxslərə üstünlük veriləcək. Əlavə məlumat almaq üçün: Pünhan Cəfərov, tel: 310-28-00, daxili 21-47; e-mail:[email protected]
Müraciət edən könüllülərin COVID-19 pasportuna və ya COVID-19-a qarşı immunitet sertifikatına malik olması mütləqdir.
banner

Oxşar Xəbərlər