• şənbə, 27 Aprel, 06:52
  • Baku Bakı 12°C

Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb

10.05.21 15:45 952
Lavrovun Azərbaycana səfərinin proqramı açıqlanıb
Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 10-11-də Azərbaycana səfərinin proqramı açıqlanıb.
Trendbu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat verir.
Qeyd olunur ki, nazirin səfəri çərçivəsində əsas diqqət Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021-ci il 11 yanvar bəyanatlarının hərtərəfli icarsına yönələcək:
"Qarabağdakı vəziyyətin, Qarabağ tənzimlənməsinin humanitar aspektlərinin, post-münaqişə dövründə dinc həyatın bərpası məsələlərinin nəzərdən keçirilməsi planlaşdırılır. Əsas tapşırıqlardan biri regiondan bütün nəqliyyat və iqtisadi əlaqələrin bərpa olunmasıdır. Azərbaycan və Rusiya XİN rəhbərləri, həmçinin MDB, BMT, ATƏT, Qoşulmama hərəkatı, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı kimi regional və beynəlxalq çərçivəsində əməkdaşlığın koordinasiyası məsələrini müzakirə edəcək".
banner

Oxşar Xəbərlər