AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub

Hacıqabulda “Azərsun Şamaxı Aqropark”ın açılışı olub

İqtisadiyyat
20 Aprel 2021, 17:15 909
Aprelin 20-də Hacıqabulda "Azersun Şamaxı Aqropark”ın açılışı olub.
Kaspi.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Dövlətimizin başçısına məlumat verildi. Bildirildi ki, müəssisə 2 hissədən - əkin sahələri və heyvandarlıq kompleksindən ibarətdir. Heyvandarlıq kompleksində 5 min baş iribuynuzlu heyvan saxlanılır. Aqroparka məxsus 4200 hektar əkin sahəsində buğda, arpa, şəkər çuğunduru, qarğıdalı, yonca və müxtəlif növ tərəvəzlər əkilir. Suvarma üçün burada iki süni göl də yaradılıb.