• çərşənbə axşamı, 30 aprel, 01:04
  • Baku Bakı 16°C

“Azəriqaz”a müraciətlərin sayı azalıb

06.04.24 00:11 1715
“Azəriqaz”a müraciətlərin sayı azalıb

Bu ilin yanvar-mart aylarından bu günə qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə 81 330 müraciət daxil olub. “Report” xəbər verir ki, bunu İstehsalat Birliyinin 104 Qəza-çağrı xidməti şöbəsinin rəisi Xalidə Şimşək “Açıq qapı” aksiyası zamanı bildirib.

Onun sözlərinə görə, daxil olan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19 829 müraciət azalıb. X.Şimşək bildirib ki, bu il ərzində qaz təzyiqi ilə bağlı 3 734 müraciət daxil olub: “Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 473 müraciət azdır. Bu müddət ərzində qaz təchizatı ilə bağlı müraciətlərdə 3 658 azalma mövcuddur. Bu il daxil olan müraciətlər arasında sızma ilə bağlı müraciətlərin sayı 469 ədəd azalıb”.
X.Şimşək vurğulayıb ki, müraciətlərin azalmasına səbəb bu müddət ərzində aparılan maarifləndirmə, yenidənqurma işləri olub: “Aparılan yenidənqurma və bərpa, həmçinin sayğacların dəyişdirilməsi işləri sayəsində qaz təzyiqi və sayğacların istismarı ilə bağlı müraciətlərin sayı azalıb”.

 

banner

Oxşar Xəbərlər