• bazar, 19 May, 14:45
  • Baku Bakı 19°C

SOCAR və “ACWA Power” əməkdaşlıq edəcəklər

20.04.24 00:21 2026
SOCAR və “ACWA Power” əməkdaşlıq edəcəklər

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti arasında Yaşıl gübrələrlə bağlı əməkdaşlıq Sazişi imzalanıb.

“Report”un SOCAR-a istinadən verdiyi məlumata görə, sənədi SOCAR-ın vitse-prezidenti Anar Məmmədov və “ACWA Power” şirkətinin Hidrogen üzrə qlobal rəhbəri və vitse-prezidenti Driss Berraho imzalayıblar.

Tədbirdə 2 fevral 2023-cü il tarixində şirkətlər arasında Azərbaycanda dənizdə və quruda külək, günəş və yaşıl hidrogen kimi bərpa olunan enerji, həmçinin onlarla əlaqəli digər potensial layihələrin birgə işlənməsinə dair Əməkdaşlıq haqqında Sazişin imzalandığı məmnunluqla qeyd olunub.

Bu xüsusda yeni imzalanan sənədin “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsi çərçivəsində yaşıl gübrələrin (əsasən karbamid olaraq) potensial istehsalı və sonrakı satışı üzrə əməkdaşlığı nəzərdə tutduğu qeyd edilib.

Sazişə əsasən, “ACWA Power”in “Aşağı karbonlu / Yaşıl Gübrə” layihəsinin bərpa olunan enerji və yaşıl hidrogenin istehsalına aid olan hissələrində aparıcı rol oynayacağı vurğulanıb.

banner

Oxşar Xəbərlər