cümə, 24 Mart, 23:51

Baku Bakı 15°C

General Səhlab Bağırov yeni vəzifəyə təyin edilib

icon 324 icon 30 yanvar 2023 | 18:00 General Səhlab Bağırov yeni vəzifəyə təyin edilib

Polis general-mayoru Səhlab Bağırov Daxili İşlər Nazirliyi Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsindən azad edilib.

"Report"un əldə etdiyi məlumata görə, daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bununla bağlı əmr imzalayıb.

Əmrə əsasən, o, DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsinin nəzdində yerləşən mərkəzə rəhbər təyin olunub.

Hələlik Əlahiddə Çevik Polis Alayının komandiri vəzifəsinə təyinat yoxdur.