Ermənistanı NATO-nun təlimlərindən imtinaya vadar edən səbəb
Bir müddət öncə NATO-nun təşkilatçılığı ilə Gürcüstanda bir sıra
ölkələrin birgə hərbi təlimi keçirildi. Bu təlimlərdə nə qədər gözlənilməz olsa
da, Ermənistan da iştirak edirdi. NATO bu təlimlərin vacibliyini vurğulayaraq,
yenidən birgə təlimlərin keçirilməsinə qərar verib. Ermənistan bu təlimlərdə
iştirak edəcəyini bəyan etsə də, son anda imtina etdi. Təlimlərdə imtina
Ermənistanın həqiqətən forpost ölkə olmasından irəli gəlir, yoxsa burada başqa
məqamlar var?
Milli Məclisin deputatı
Sahib Alıyev bildirdi ki, Ermənistanın NATO-nun təqribən bir ay öncə Gürcüstanda
keçirilən təlimlərə qatılmasında və indikindən vaz keçməsində təəccüblü heç nə
yoxdur: "Forpostu təlimlərə qatıldıqda Rusiya bundan incimədiyi kimi, daha
qatılmaq istəməməsindən NATO-dakılar da inciyən deyil. Beynəlxalq subyekt
olmayan, obyekt, yəni alət kimi faydalanılan birisindən kimsə inciməz. Bu
alətliyin başqa adı da var. Üzürlü sayın, ancaq Ermənistana yanaşmanı və
oynadığı rolu onun qədər dəqiq çatdıracaq bir kəlmə olmadığından deməliyəm:
böyük güclər üçün Hayastan bir növ özünü satan qadındır. Hazırda dünyada ən çox
tanınan "yan"ın porno ulduz Kim Kardaşyan olması, onun hayların və
haylığın rəmzinə çevirilməsi də dediklərimizin təsdqi deyilmi? Özünü satan
qadın isə bilindiyi kimi bir gün birinin yatağında olar, başqa gün o birisinin.
Bəzən ondan başqa məqsədlə də faydalanırlar-informasiya əldə etmək üçün.Rusiyanın Ermənistanı NATO-nun iyulun 31-də Gürcüstanda start verilən
"Ləyaqətli Tərəfdaş" adı daşıyan təlimlərinə buraxmaqda məqsədi də
elə oradan dəqiq informasiya əldə etmək ola bilərdi. Həmin təlimlərdə Rusiyanı
maraqlandıran bir sıra məsələlər vardı ki, onları haylar qədər içdən öyrənib
nöqtəsinədək çatdıran kim olacaqdı? Yəni fikrimcə, Ermənistan hərbiçiləri həmin
təlimlərdə NATO-nun bir parçası yox, Rusiyanın görən gözü və eşidən qulağı kimi
çıxış edirdilər. Təbii ki, NATO-da da bunu gözəl bilirdilər”.
S.Alıyev qeyd etdi ki, qərbdəkilər ləyaqətsiz birisini
"Ləyaqətli Tərəfdaş" adı daşıyan təlimlərə dəvət etməklə onu
özlərininki saydıqlarını göstərirdilər: "Onu göstərirdilər ki, hayların hazırda
Rusiya üçün oynadıqları rolu gələcəkdə onlar üçün də oynamalarını arzulayırlar.Moskvanın Ermənistanı yenə həmin Gürcüstanda keçirilən və bu dəfə isə
"Azad Ruh" adı daşıyan yeni NATO təlimlərinə buraxmamasına gəldikdə
isə bununla göstərmək istəyir ki, birincisi, forpostda azad ruh ola bilməz. İkincisi,
qərbdəkilərin planlaşdırdıqları o "gələcək" gəlməyəcək. Həm də başqa
bir məsələ də var. Bir çox tərəfdaşları Rusiyadan soruşa bilərdilər və yəqin
soruşublar da ki, öz forpostunun NATO ilə sıx əməkdaşlığına göz yumub,
digərlərinin bu yöndə atdığı addımlara qıcıqlı yanaşma sərgiləmək nə dərəcədə
doğrudur və necə anlaşılmalıdır?”.
"Atlas” Araşdırmalar
Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, Ermənistanın
Gürcüstanda ötən həftə start götürən
çoxmillətli "Agile Spirit 2017”
çoxmillətli hərbi təlimlərdə iştirakdan son anda imtinasının arxasında açıq-aşkar
Rusiyanın tələbi dayanır: "Ermənistan silahlı qüvvələrinin nümayəndələri Tbilisidəki
tədbirin açılışı mərasiminə qatılmadılar. Halbuki, Ermənistan bu təlimlərdə
iştirakını əvvəlcədən təsdiq etmişdi. Ermənistanın bayrağı iştirakçı dövlətlər
arasında idi. Demək qatılmamaq qərarı İrəvanda verilməyib və buna məcbur ediliblər.Maraqlıdır ki, NATO-nun hərbi təlimlərə qatılmamaq qərarını
Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ohanesyan əvvəlcə şərh verməkdən imtina etdi. Ancaq bir
neçə gün sonra Ermənistanın müdafiə naziri Artaj Zakaryanın dili ilə bəyan
etdilər ki, guya planlarının dəyişməsində heç bir siyasi səbəb yoxdur. Siyasi
səbəb yoxdursa, İrəvan hərbi təlimlərdən niyə imtina edib? Axı İrəvanın
NATO-nun Gürcüstandakı hərbi təlimlərdə iştirakına dair əvvəlcədən razılığı
olub.Prosesə Kremlı qarışıb. Ermənistan bundan əvvəl NATO-nun
Gürcüstandakı hərbi təlimlərində iştirak etmişdi. Çünki Ermənistan tamamən
Rusiyadan asılı olduğundan bu ölkənin maraqlarına zidd addım atmaz. NATO-nun
ikinci təlimlərinə isə Kreml icazə vermədi. Moskva bu dəfə İrəvana qadağan etdi”.
E.Şahinoğlu vurğuladı ki, böyük ehtimalla Putin Sarkisyanı NATO
təlimlərində iştirakdan imtinaya çağırıb, əks halda bunun Ermənistan üçün hansı
ağır nəticələrinin olacağını diplomatik dildə erməni həmkarına izah edib: "Sarkisyan
da məcbur qalıb NATO təlimlərindən imtina qərarını verib. Əks halda Moskva Sarkisyanı
cəzalandıra bilərdi. Ermənistanda gələn il prezidentin funksiyaları baş nazirə
keçməlidir və Sarkisyan prezident kreslosunu baş nazir kreslosuna dəyişmək
istəyir. Sarkisyan özünü yaxşı aparmasa, Moskva ona yox, elə indiki baş nazir
Karen Karapetyana üstünlük verə bilər. Karapetyan Ermənistan hakimiyyətində
birinci olmasın deyə, Sarkisyan NATO-nun təlimlərinin yerinə ənənəvi olaraq
Rusiya ilə birgə hərbi təlimlərə qatılacağını açıqlayıb”.
Bəxtiyar MƏMMƏDLİ