• cümə, 26 Aprel, 04:14
  • Baku Bakı 16°C

Ermənistanda rus dilinin populyarlaşdırılması konsepsiyası etirazlara səbəb olub

21.09.17 10:00 767
Ermənistanda rus dilinin populyarlaşdırılması konsepsiyası etirazlara səbəb olub
"Ermənistanda ermənilərdən başqa kimsə yaşamamalıdır” fikrini əsas şüara şevirən Ermənistan hakimiyyəti getdikcə bu siyasətini tam şəkildə reallaşdırmaq üzrədir. Əvvəlcə ölkə ərazisindəki azərbaycanlılar zorla qovuldu, sonra isə ruslar və digər xalqların da ölkədən sıxışdırılıb çıxarılması prosesi həyata keçirildi. Bu siyasət isə onu Cənubi Qafqazda forpostu elan edən Rusiya tərəfindən birmənalı qarşılanmır və sərt tənqidlərə səbəb olur. Zaman-zaman Rusiyanın ən müxtəlif dairələrində bununla bağı erməni hərbi xuntasının ünvanına sərt bəyanatlar səslənib və indi də səslənir.
Ermənistan rəhbərliyi də forpost olduğunu göstərmək üçün bu istiqamətdə addımlar atır. Bu məqsədlə Ermənistan Təhsil və Elm Nazirliyi rus dilinin tədrisi və təlimi ilə bağlı dövlət konsepsiyası işləyib hazırlayıb. Lakin konsepsiya dərhal ölkənin siyasi fəalları və ictimai xadimləri tərəfindən narazılıqla qarşılanıb. İctimai fəal David Sanasaryanın sözlərinə görə, hazırlanan konsepsiya antidövlət proqramıdır. "Baş nazir Karen Karapetyanın tapşırığı ilə hazırlanan konsepsiyanın məqsədi rus dilinin Ermənistanda populyarlığının artırılmasına nail olmaqdır”, - deyən ekspertin qənaətincə, ruslar artıq hakimiyyəti "barmaqla hədələyir” və bu proqram da məhz bu hədədən sonra start götürüb. Yəni, bu sənəd onların diktəsi ilə hazırlanıb. İctimai fəal istisna etmir ki, konsepsiyanın məqsədi gələcəkdə rus dilinə dövlət dili statusu verilməsinə yönəlib. Bu iddianı əsaslandıran hallardan biri odur ki, rusiyalı məmurlar zaman-zaman bu problemə toxunur, onu qabardırlar. "Rusiya tərəfi hər zaman səmimi olub, hər zaman öz arzu və məramlarını aydın şəkildə ortaya qoyub - onlar postsovet məkanında rus dilinin yüksək səviyyədə qalmasına nail olmaq istəyirlər”, - deyə ekspert vurğulayıb. "Rəsmilər nazir Levon Mkrtçyanın erməni dilinin əvəzolunmazlığı barədə sözlərini tez-tez təkrar etməyi xoşlayırlar. Lakin anlamırlar ki, onlar bilərəkdən erməni dilinin mövqelərinin zəifləməsinə çalışırlar”, - Sanasaryan əlavə edib. Onun təəccübünə səbəb olan rus dilinin digər əcnəbi dillərdən ayrılmasıdır. Ermənistan Təhsil Nazirliyinin ümumi təhsil şöbəsinin rəhbəri Aşot Arşakyan bildirir ki, bu konsepsiyanı hazırlayanda geosiyasi proseslər və Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü məsələsi nəzərə alınıb. "Səhv addım atdılar - ölkəni Avrasiya İqtisadi İttifaqına üzv qəbul etdirdilər, indi də belə bəyanatlar səsləndirirlər. Bizləri özlərinin məntiqi ilə oturub-durmağa məcbur edirlər. Deyirlər ki, bunu qəbul etməlisiniz”, - deyə erməni ictimai xadimi bildirib.
Ali təhsil üzrə ekspert Samvel Karabekyan konsepsiyada stilistik və orfoqrafiya səhvlərinin olduğunu bildirir. Onda belə təəssürat formalaşıb ki, bu, sürətlə tərcümə olunan bur sənəddir. "Bir ay əvvəl ictimaiyyətin diqqətinə başqa bir sənəd təqdim edilmişdi. Orada xarici dillər haqqında danışılanda rus dili də onların içində gedirdi. İndi isə rus dili ayrıca dil kimi ayrılır. Bir ay sonra rus dilinin ayrıca dil kimi təqdim edildiyini görməmək mümkün deyil. İnsanlarda belə bir fikir yaranır ki, bu, siyasi zərurət və sifarişdir”, - deyə Karabekyan bildirib. Onun sözlərinə görə, ölkədə rus dilinin yayılması kanalları onsuz da çoxdur. "Ermənistan hakimiyyəti dünya elminə daha da yaxınlaşmaq üçün ingilis dilinə üstünlük verməlidir”, - deyən ali təhsil üzrə ekspert doğma dilə qayıtmağın zəruri olduğu qənaətindədir.
Sosial şəbəkələrdə də ölkədə rus dilinin populyarlaşdırılmasına qarşı etirazlar artıb. "Çıxış” fraksiyasının üzvü Araik Arutyunyan isə ümumiyyətlə rus dilinə qarşı çıxır. Qrup üzvləri sosial şəbəkələrdə Təhsil Nazirliyinin təşəbbüsünə qarşı çıxmaq üçün birləşmək və konkret addımlar atmaq qərarına gəliblər. Onların ilk addım olaraq profil şəkillərin erməni əlifbası ilə əvəzləməyi seçiblər.
Azər NURİYEV
banner

Oxşar Xəbərlər