• cümə, 26 Aprel, 12:22
  • Baku Bakı 23°C

Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular

10.05.21 16:30 955
Ermənistanda əsgər valideynləri Koçaryanı qəbiristanlıqdan qovdular
Ermənistanda əsgər valideynləri Paşinyandan sonra Robert Koçaryanı da qəbiristanlıqdan qovublar.
Trend-in erməni KİV-nə istinadən məlumatına görə, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Qarabağ müharibəsində həlak olan erməni hərbçilərin məzarını ziyarət edərkən etirazla qarşılanıb.
Həlak olan ermənilərdən birinin anası qəbiristanlıqda Koçaryana qarşı sərt ifadələr işlədərək onu oradan qovub. Erməni valideynlər Koçaryanı ötən illər ərzində ölkəni talan etməkdə günahlandırıb.
banner

Oxşar Xəbərlər