• çərşənbə axşamı, 06 may, 06:58
  • Baku Bakı 16°C

"ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi yeni layihəyə start verib

01.09.16 22:43 963
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi yeni layihəyə start verib
"ELS" Müstəqil Araşdırmalar Mərkəzi İctimai Birliyi sentyabrın 1-dən Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Ailə, qadın və uşaq problemlərinin həllində milli-mənəvi dəyərlərin rolunun gücləndirilməsi” layihəsinə start verib.
İctimai Birliyin rəhbəri İradə Yaqubova "Kaspi"yə bildirib ki, layihəyə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İctimai Televiziya və Radio Yayımları Şirkəti qoşulublar.
Dekabrın 1-dək davam edəcək layihə cəmiyyətimizin özəyini təşkil edən ailələrin müasir dövrdə rastlaşdığı çətinliklərin araşdırılması, milli-mənəvi dəyərlərin qorunması istiqamətində ictimai müzakirələrin keçirilməsini nəzərdə tutub.
banner

Oxşar Xəbərlər