• cümə, 26 Aprel, 04:26
  • Baku Bakı 16°C

COVID-19 endokrin sistemdə çoxlu dəyişikliklərə səbəb olur

05.05.21 17:00 813
COVID-19 endokrin sistemdə çoxlu dəyişikliklərə səbəb olur
Qalxanabənzər vəzi xəstəlikləri, şəkərli diabet yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə peyvənd vurulması üçün əks-göstəriş deyil.
AZƏRTACxəbər verir ki, bunu həkim-endokrinoloq Vüsalə Babayeva deyib.
Həkim-endokrinoloqun sözlərinə görə, bununla bağlı tibb işçilərinə çox suallar ünvanlanır: "Zobu olanlar peyvənd vurdurmaqda tərəddüd edirlər. Əslində, vurulmalıdır. Çünki peyvənd qorunma məqsədi daşıyır. Əgər xəstə şəkərli diabet xəstəliyinin dekompensasiya mərhələsindədirsə, şəkəri nəzarətdə saxlaya bilmirsə, üçaylıq şəkər göstəriciləri yüksəkdirsə, vəziyyət tam qaydasına salındıqdan sonra peyvəndə yönləndirilməlidir. COVID-19 virusu endokrin sistemdə çoxlu dəyişikliklərə səbəb olur. Öncədən heç bir qalxanabənzər vəzi xəstəliyi olmayan pasiyent sonradan hormonların miqdarının kəskin artımı, şəkərli diabetdən əziyyət çəkməyən bir insan koronavirusa yoluxandan sonra yüksək şəkərlə müraciət edir. Burada dəyişiklik nə ilə əlaqədardır? COVID-19 orqanizmə ACK reseptorları ilə daxil olur. Həmin reseptorlar həm qalxanabənzər, həm də mədəaltı vəzilərdə var. COVID-19-un kimdə hansı hüceyrə və reseptorları zədələməsindən və zədələnmə səviyyəsindən asılı olaraq həmin şikayətlər ortaya çıxır. Belə ki, mədəaltı vəzinin beta hüceyrələrinin zədələnməsi baş veribsə, bu zaman həmin xəstələrdə şəkər yüksəkliyi müşahidə olunur. Ona görə də əvvəlcədən peyvənd olunsaq və müəyyən qədər qorunma, yəni immunitet əldə edə bilsək, bu problemlərdən bir qədər uzaqlaşmış olarıq. Bu səbəbdən vəziyyəti vaksin vurdurmağa uyğun olan pasiyentlərə peyvəndləri gecikdirməmək tövsiyə olunur. Ümumiyyətlə, peyvənd vurdurmaq üçün müraciət edən vətəndaşın qanda şəkərin miqdarı, qanın laxtalanması, mövcud yanaşı xəstəliklərlə əlaqədar müayinə olunub həkimin icazəsi ilə vaksinə yönləndirilməsi məsləhətlidir.
Hazırda bəzi vətəndaşlar özbaşına, həkim nəzarəti olmadan, ətrafındakıların istifadə etdiyi deksametazon preparatını qəbul edirlər. Həmin preparatı özbaşına, xəstəliyi yüngül keçirənlərin qəbul etməsi tövsiyə olunmur. Çünki deksametazon kimi steroid preparatlar qanda şəkərin miqdarını yüksəldir və sonradan endokrin sistemindəki xəstəliklərin baş qaldırmasına səbəb olur”.
banner

Oxşar Xəbərlər