• çərşənbə axşamı, 27 fevral, 12:55
  • Baku Bakı 5°C

Bolqarçay su anbarı torpaq qatından təmizlənir

24.03.23 11:02 751
Bolqarçay su anbarı torpaq qatından təmizlənir

Bolqarçay su anbarı torpaq qatından təmizlənir.

Bunu "Report"un Muğan bürosuna açıqlamasında Milli Məclisdə Biləsuvar rayonunu təmsil edən deputat Bəhruz Məhərrəmov bildirib.

Onun sözlərinə görə, su anbarı Biləsuvar rayon İcra Hakimiyyətinin müvafiq biznes strukturları ilə razılaşmasına uyğun olaraq dövlət büdcəsindən vəsait xərclənmədən təmizlənir.

Qeyd edək ki, sözügedən su anbarı Bolqarçayın məcrasında tikilib. Su anbarı kənd təsərrüfatı torpaqlarının su ilə təmin etmək məqsədilə 1965-ci ildə istismara verilib. Suvarma sahəsi 3300 hektar olub. Lakin sonrakı dövrlərdə demək olar ki, anbarın 80 %-i lil və torpaqla dolub. Su anbarı təmizləndikdən sonra Biləsuvarın əksər ərazilərində əkin sahələrinin suvarma suyu ilə təmin olunması probleminin həll olunacağı gözlənilir.

banner

Oxşar Xəbərlər