“Biz QHT və qrant haqqında qanunlara düzəliş etməklə Amerika açmırıq”

Prezident İlham Əliyev noyabrın 15-də “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Qanununlarda dəyişikliklər edilməsi barədə Qanunları təsdiq edib. Bu dəyişikliklərin yaranma zərurəti, əhəmiyyəti, QHT sektoruna təsiri barədə “Azərbaycan” qəzetinə müsahibə verən Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov son dövrlərdə QHT-lərlə bağlı qəbul edilmiş yeni normativ-hüquqi aktların və mövcud qanunvericiliyə dəyişikliklərin iki məqsədə xidmət etdiyini bildirib.
Sözügedən dəyişikliklər və administrasiya rəsmisinin fikirləri ilə bağlı “Kaspi”yə açıqlama verən millət vəkili Sahib Alıyev şöbə müdirinin müsahibəsində bəzi faktların xüsusi ilə onun diqqətini çəkdiyini söyləyib. Onun sözlərinə görə, müsahibədəki faktlardan aydın olub ki, Azərbaycanda qarışıqlıq salmaq, Konstitusiya quruluşunu sarsıtmaq və sair kimi dövlətçiliyimizi təhdid edən məsələlərin reallaşdırılması üçün beynəlxalq təşkilatlar yerli QHT-lərə milyonlarla vəsait xərcləyib: “Sən demə cəmi 38 min adamın yaşadığı cırtdan dövlət olan-Lixtenşteyn Knyazlığının “Açıq Cəmiyyət” İnstitutunun Yardım Fondu adını QHT qoyub ancaq 5-ci kalon rolunu oynayanlara nə az nə çox düz 7,6 milyon manat qrant veribmiş. Elə də böyük büdcəsi olmayan, onun da 10 faizi poçt markalarının satılması hesabına formalaşan bir ölkənin bu qədər pulu bizimkilərə ötürməkdə marağı nə ola bilərdi, görəsən. Bəlkə, həmin pullar heç o knyazlığınkı deyil. Axı həm də Avropada çirkli pulların yuyulması məskənlərindən biri kimi tanınır həmin Lixtenşteyn. Yəqin çirkli pulları yuyan və yudurdanların çirkli məqsədləri üçün verildiyindəndir ki, bizdə onu alanlar bunun çoxunu qeydiyyatdan keçirməyiblər. Niyə keçirməyiblər? Aydındır niyə, Azərbaycanda qarışıqlıq salmaq, konstitusiya quruluşunu sarsıtmaq və sair kimi dövlətçiliyimizi təhdid edən məsələlərin reallaşdırılması üçün xərclənməsi nəzərdə tutulurdu, o üzdən. Təbii ki, bir çox qrant akulaları burada tamahlarını saxlamayıb yeyintiyə də yol veriblər. Qərbdə bu cür adamları bilirsiniz nə edirlər, kobud desək, anındaca tutub dama basırlar. Fuad müəlim də açıqlayıb, məsələn, ABŞ-da tanınmış “UnitedWay” qeyri-hökumət təşkilatının sədri Uilyam Aramoniyə bir milyondan artıq vəsaiti mənimsədiyindən yeddi il, İnsan Hüquqları üzrə Beynəlxalq Helsinki Federasiyanın maliyyə menecerinə 1,2 milyon avro pul mənimsədiyi üçün Avstriya məhkəməsi tərəfindən üç il həbs kəsilib. Özü də Aramoni həbs olunana qədər dövrünün ən tanınmış QHT rəhbərlərindən biri kimi tanınırdı. Yəni Leyla Yunus və onun kimilərdən qat-qat tanınmış birisiydi. Onda adam soruşmaq istəyir ki, əcaba, nədən özləri QHT rəhbərlərini maliyyə fırıldağına yol verəndə tuturlar, amma biz də eyni addımı atanda insan haqları deyərək bar-bar bağırırlar”.
S.Alıyevin fikrincə, ölkə başçısının qrant və QHT haqında qanunlara edilən düzəlişləri təsdiqləməsi həm də onu göstərir ki, Azərbaycan dövləti kimin nə deməsindən asılı olmayaraq, bu sahədə də şəffaflığın təmin olunması üçün gərəkən nə varsa, onu da edəcək: “Hansısa bir dövlətin bu yolla ancaq öz maraqlarına xidmət edən, yəni 5-ci kalon funksiyasını yerinə yetirən təzyiq və təsir qüvvəsini formalaşdırıb, sonra da ölkəmizdə onlardan qarışıqlıq salmaq üçün faydalanmalarına yol verilməyəcək. Və burada qeyri-adi heç nə yoxdur. Belə bir addımla biz Amerika-filan açmırıq. Elə həmin Amerikada bu baxımdan qanunlar bizdəkindən daha sərtdir. Özü də 1937-ci ildə qəbul edilmiş bu qanunun maraqlı adı var - “Əcnəbi agentlər haqqında qanun”. Bəli, Amerikada QHT-lərin qeydiyyatı və qrant verilməsi məsələsi “Əcnəbi agentlər haqqında qanun”la tənzimlənir. Və vay o günə ki, orada QHT yaratmaq istəyən kimsə qeydiyyatdan keçmək istəməyə və yaxud da fəaliyyəti haqqında hesabat verməyə. Anındaca məsuliyyətə cəlb ediləsidirlər. Onların fəaliyyətini isə Amerikanın Ədliyyə Nazirliyindəki iki kəşfiyyat strukturu yoxlayır. Deməli, biz QHT və qrant haqqında qanunlara düzəliş etməklə, bir daha vurğulayıram, Amerika açmırıq. Sadəcə, Amerika və digər qərb dövlətlərinin təcrübələrini ölkəmiz üçün də açırıq. Belədə hər şey daha şəffaf olur o üzdən. Həm də ona görə ki, bu qərbdəki bəlli çevrələrin burada qaranlıq işlər görmələrinin yolunu kəsir”.
Rufik İSMAYILOV