AZE | RUS | ENG |


Binəqədi RİH-də təcrübə keçən ASAN könüllüləri “ASAN Radio”da olublar

Binəqədi RİH-də təcrübə keçən ASAN könüllüləri “ASAN Radio”da olublar
Binəqədi rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə RİH-də təcrübə keçən 10-cu qrup ASAN könüllüləri "Beynəlxalq Gənclər Günü münasibətilə  "ASAN Radio” nun qonağı olublar. ASAN könüllüləri "ASAN Radio”nun rəhbərliyi ilə görüşüblər.
 
Görüşdə "ASAN Radio”nun direktoru Emin Musavi, Binəqədi rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Rüfət Əhmədov, Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN Könüllüləri iştirak ediblər.
 
E. Musavi "ASAN Radio” haqqında geniş məlumat verib, habelə Binəqədi rayonunda son illərdə gedən abadlıq-quruculuq işlərindən, o cümlədən, rayonun saytının, "Facebook” səhifəsinin operativliyindən danışıb.
 
L. Kərimova isə "ASAN Radio”nun kollektivini 12 Avqust Beynəlxalq Gənclər Günü münasibətilə təbrik edib.
 
Sonra Binəqədi rayon İcra Hakimiyyətində təcrübədə olan 10-cu qrup ASAN könüllüləri fikirlərini bölüşüblər.
 
Görüşdən sonra könüllülər "ASAN Radio”nun inzibati binası ilə tanış olublar.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0046
GEL 1 Gürcü larisi 0.6825
GBP 1 İngilis funt sterlinqi 2.3031
TRY 1 Türk lirəsi 0.4858
KWD 1 Küveyt dinarı 5.6421
SEK 1 İsveç kronu 0.2129
EUR 1 Avro 2.0296
CHF 1 İsveçrə frankı 1.7526
USD 1 ABŞ dolları 1.7008