Bilik Fondunda 700 bal toplayan abituriyentlərlə görüş oldu
Azərbaycan
Respublikasının Prezidenti yanında Bilik Fondunda 2017-2018-ci tədris ili üçün ali
təhsil müəssisələrinə qəbul imtahanlarında 700 bal toplayan abituriyentlərlə görüş
keçirilib. Görüşdə Fondun əməkdaşları və Könüllülər Birliyinin üzvləri, tələbə
adını qazanmış abituriyentlərin valideynləri iştirak ediblər.
Bilik
Fondunun icraçı direktoru Oktay Səmədov tələbələri yeni dərs ilinin başlanması
münasibəti ilə, həmçinin göstərdikləri yüksək nəticəyə görə təbrik edib, onlara
gələcək təhsil və karyera yolunda uğurlar arzulayıb. Ümummilli lider Heydər Əliyevin
"Təhsilmillətingələcəyidir” fikrini sitat
gətirən O.Səmədov gəncləri bundan sonra daha da səylə çalışmağa, Azərbaycanın gələcəyi
üçün savadlı və gərəkli kadrlar kimi yetişməyə, ölkənin insan kapitalını zənginləşdirməyə
çağırıb.
Müstəqil
həyata qədəm qoyan tələbələr tanınmış kulturoloq,
professor Fuad Məmmədovun elm, təhsil sahəsində uğur qazanmaq, həyatda layiqli
yerlərini tutmaq, gərəkli vətəndaş olmaq üçün verdiyi dəyərli tövsiyələri dinləyib,
onları maraqlandıran suallara cavab alıblar.
Göstərilən
diqqətə görə Bilik Fonduna minnətdarlığını bildirən gənclər və onların
valideynləri dövlətin gənclərə və onların təhsilinə ayırdığı qayğıdan
danışıblar. Tələbələr müxtəlif ali təhsil müəssisələrində təhsillərini ən yüksək
səviyyədə davam etdirəcəklərinə söz veriblər.
Sonda
700 bal toplayan abituriyentlərə Bilik Fondunun hədiyyələri təqdim olunub.