Barak Obamadan sərt ittihamlar

Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama CNN telekanalına müsahibəsində Rusiyanı tənqid edib. O bildirib ki, Ukraynanın şərqində vəziyyətin gərginləşməsi prezident Vladimir Putinin yanlış qərarlarının nəticəsidir. B.Obama qeyd edib ki, Krımın ilhaqı Rusiyaya xeyir gətirməyəcək: ”Krımın işğalı ilə Rusiya nə isə qazanmayıb, əksinə itirib. Başqa dövlətlərin ərazilərinin işğal edilməsinin dövlətin qüdrətinin göstəricisi sayıldığı dövrlər arxada qalıb. Hazırda dövlətin gücü onun intelektual səviyyəsi, bacarığı, mal və məhsul ixracı, yeni xidmət və məhsulların ixtirası ilə ölçülür”. B.Obama vurğulayıb ki, keçən ilin qışında Ukraynada baş verən hadisələr V.Putin üçün gözlənilməz olduğuna görə, Rusiya lideri düşünülməmiş, tələsik qərarlar qəbul edib: ”Rusiya prezidentinin Krım və Ukrayna qərarları möhtəşəm strateji plana uyğun şəkildə həyata keçirilməyib. Maydan etirazları və eks-prezident Viktor Yanukoviçin ölkəni tərk etməsi nəticəsində belə qərarlar qəbul olunub”.
ABŞ prezidenti qeyd edib ki, Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar ağır olsa da, V.Putin Ukrayna ilə bağlı siyasətini dəyişməyib: ”Putin üzdə sülhdən danışsa da, hərəkətləri başqa şeydən xəbər verir. Rusiya prezidenti Qərbin Ukraynada hakimiyyət keçidini təmin etməsini qəbul etmir və buna görə də beynəlxalq normalara zidd qərarlar qəbul edir”. B.Obama bildirib ki, ABŞ-ın Rusiya ilə hərbi münaqişəyə girməsi müdrik addım olmazdı: ”Lakin biz Rusiya ilə həmsərhəd olan NATO ölkələrini gücləndirəcəyik ki, Moskva qırmızı xətti keçəcəyi təqdirdə buna hərbi cavab veriləcəyini anlasın”. B.Obama Rusiyanı separatçılara hərbi və maddi kömək etməkdə də günahlandırıb. Ukraynanın şərqində separatçıların fəallaşması ABŞ-ın Ukraynaya hərbi yardımları artırmasını gündəmə gətirib. “The New York Times” qəzeti xəbər verir ki, ABŞ administrasiyası və ordu rəsmiləri Ukraynanı müdafiə silahları ilə təmin etməyi nəzərdən keçirir. Hazırda ABŞ Ukraynanı yalnız qeyri-döyüş avadanlıqları- zirehli geyim, gecə eynəkləri, təcili yardım və mühəndislik avadanlıqları ilə təchiz edir.
ABŞ dövlət katibi Con Kerri, baş qərargah rəisi Martin Demsinin də təmsil olunduğu 8 dövlət rəsmisinin hazırladığı hesabatda təklif olunur ki, Ukraynaya 3 milyard dollarlıq müdafiə silahları - tank əleyhinə raketlər, kəşfiyyat təyyarələri, düşmən raketlərinin və artilleriya atəşinin yerini müəyyənləşdirən radarlar göndərilsin. Lakin prezident B.Obama Ukraynaya döyüş avadanlıqlarının göndərilməsi barəsində hələ qərara verməyib. Amerikalı ekspertlər separatçıların Donbasda nəzarəti ələ almaq üçün kifayət qədər hərbi imkanların olduğunu bildirirlər. Atlantika Şurası, Brukinq İnstitutu və Çikaqo Şurasında çalışmış siyasi ekspertlərin yaydığı bəyanatda qeyd olunur ki, Rusiya Ukraynanın şərqində döyüşən separatçılara dəstək verir: ”Rusiyanın dəstəyi ilə separatçılar Donbasda yeni hərbi əməliyyatlar keçirməyə və bölgəni nəzarətdə saxlamaq imkanına malikdirlər. Separatçılar Krım ilə nəzarətdə saxladıqları ərazilər arasında körpü yaratmağa çalışırlar. Bu o qədər asan olmasa da, mümkünsüz də deyil”.
Donbasda vəziyyətin gərginləşməsi fonunda Ukrayna hökuməti separatçılarla mübarizə aparan hərbçilər haqqında yeni qərarlar qəbul edib. Separatçılarla döyüşən hərbiçilərin məvacibi 2 dəfə artırılıb. Separatçıların hərbi texnikasının sıradan çıxarılmasına görə hərbi hissələrə, əsgər və zabitlərə əlavə mükafat veriləcək.
Ukrayna baş naziri Arseniy Yatsenyuk bildirib ki, vəzifəsini uğurla həyata keçirən briqada əlavə olaraq 365 000 qriven (17600 manat), alay 243000 (11700 manat), batalyon 121000 (5800 manat), rota isə 60000(2900 manat) qriven alacaq. A.Yatsenyuk qeyd edib ki, Rusiya terrorçularının hər təyyarəsinə görə 121 min (5800 manat), reaktiv artilleriya qurğusuna görə 60 min (2900 manat), taktiki raket kompleksinə görə 54 min (2600 manat), tanka görə 48 min (2300 manat), top və zirehli maşına görə 42 min (2000 manat), məhv edilmiş səyyar zenit-raket kompleksinə görə isə 30 min qriven (1446 manat) pul ödəniləcək.
Sənan Əhliman