ADU-da Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib
Azərbaycan Dillər
Universitetində (ADU) universitetin Linqvokulturologiya kafedrasının təşkilatçılığı
ilə Auditoriya+ proqramı çərçivəsində 18 Oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr
olunan tədbir keçirilib.
Açılış nitqi ilə çıxış edən Linqvokulturologiya
kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva tədbirin Azərbaycan tarixində
mühüm hadisə kimi yer tutan Dövlət Müstəqilliyi Gününə həsr olunduğunu
bildirib. O, qeyd edib ki, xalqımız əsrlər boyu müstəqilliyin arzusunda olub,
bu gün isə biz əldə etdiyimiz müstəqilliklə fəxr edirik.
Daha sonra tədbirin bədii hissəsi
başlayıb. Universitetin tələbələri qədimdən bu günə kimi ölkəmizin tarixi ərazisində
formalaşan dövlətlər və onların ərazisi haqqında ətraflı məlumat veriblər.
Onlar qeyd ediblər ki, Azərbaycan XX əsrdə, mürəkkəb tarixi bir şəraitdə Xalq
Cümhuriyyəti və müstəqil Azərbaycan Respublikasının timsalında iki dəfə müstəqillik
əldə edib. Tədbirdə Ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmizin siyasi, iqtisadi sahədə yüksələn
xətlə inkişaf etdiyi, onun siyasi kursunun Prezident İham Əliyev tərəfindən
layiqincə davam etdirildiyi qeyd olunub.
Tədbirdə həmçinin "Azərbaycan
tarixi 5 dəqiqədə” adlı milli animasiya filmi nümayiş olunub, Xalq şairi Səməd
Vurğunun "Azərbaycan” şeiri səsləndirilib.