ADU-da “Ağacəkmə günü” keçirilib - Fotolar

Azərbaycan Dillər Universitetinin (ADU)
nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun əməkdaşları və çinşünaslıq
ixtisası üzrə təhsil alan tələbələr Çin milli bayramına həsr olunmuş "Ağacəkmə
günü” münasibəti ilə universitet ərazisində ağacəkmə kampaniyasında iştirak
ediblər.
Tədbirin əsas məqsədi insanların diqqətini yaşıl sahələrin
qorunmasına cəlb etmək üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın rəhbərlik etdiyi İDEA İctimai Birliyi tərəfindən görülən işlərə dəstək
olmaqdır.
Konfutsi İnstitutunun direktoru, professor Rafiq
Abbasov "Ağacəkmə günü”nün görkəmli siyasi xadim, Çin
inqilabçısı Sun Yatsenin xatirəsinə həsr olunduğunu bildirib.
Qeyd edək ki, Sun Yatsen Çində quraqlıq və
daşqınların aradan qaldırılması üçün ən mühüm tədbirləri görüb, həmçinin
ağacların kütləvi əkininə təşəbbüs göstərib.





