• cümə, 26 Aprel, 07:40
  • Baku Bakı 12°C

Zığ və Masazırda sürüşmə aktivləşib, Qaraçuxurda çökmələr baş verib

05.10.16 11:35 915
Zığ və Masazırda sürüşmə aktivləşib, Qaraçuxurda çökmələr baş verib
"Zığ-1 sürüşmə sahəsində prosesin dinamikasında aktivlik qeydə alınıb”. BunuAPA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralovdeyib.

O bildirib ki, Qaraçuxur sürüşmə sahəsində lokal çökmələr baş verib: "Eyni zamanda, Masazır sürüşmə sahəsində atmosfer çöküntülərinin təsirindən prosesin dinamikasında aktivlik müşahidə olunub”.

Ə. Qaralov qeyd edib ki, Bayıl sürüşmə sahəsində monitorinq işləri davam etdirilib, ay ərzində prosesin dinamikasında aktivlik qeydə alınmayıb: "Badamdar sürüşmə sahəsinə istinad divarlarında yerləşdirilmiş mayaklarda çatlar və deformasiyalar müşahidə edilməyib. Əhmədli-1, Əhmədli-2, Əhmədli-Günəşli arası sürüşmə sahələrində aktivlik müşahidə edilməyib”.
banner

Oxşar Xəbərlər