Zakir Nuriyev: Bu gün banklarda İT üzrə böyük işçi qüvvəsinə tələbat var

Zakir Nuriyev: Bu gün banklarda İT üzrə böyük işçi qüvvəsinə tələbat var

İqtisadiyyat
06 Noyabr 2019, 13:37 734
Azərbaycanın bank sektorunun inkişafı üçün bu gün əsas dəstək mövcud qaydalarda və qanunlarda sürətli dəyişiklik etmək imkanlarının yaradılmasıdır.
"APA-Economics"in məlumatına görə, bunu Bakıda keçirilən IV Beynəlxalq Bankçılıq Forumunda çıxış edən Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.
Onun sözlərinə görə, digər məsələ bankları İT üzrə yüksək kompetensiyalara malik kadrlarla təmini ilə bağlıdır.
"Hazırda bankların İT üzrə böyük işçi qüvvəsinə tələbat var. Lakin bu tələbat müvafiq təkliflərlə qarşılanmır. Bunun həlli üçün banklar ayrı ayrılıqda öz təşəbbüslərini reallaşdırır və tələblər üçün ixtisasartırma kursları formalaşdırırlar", - deyə Z. Nuriyev qeyd edib.