Yuxunun qızıl ortası
Yatmaq yemək yemək və ya su içmək kimi ən önəmli ehtiyaclarımızdan biridir. Bəzilərimiz az,
bəzilərimiz də çox yatırıq.
Bəzilərimizin də keyfiyyətsiz yuxusu olur. Ancaq yuxunun müddəti qədər
keyfiyyətli olub-olmaması da önəmlidir. Az yatdığımız zaman adətən əsəbi,
unutqan və yorğun oluruq. Ancaq çox yatdığımız zaman
bundan şikayət etmirik. Sadəcə olaraq,
çox yatdığımzı zaman bəzən baş və bel
ağrılarımız olur. Halbuki az yatmaq qədər, çox
yatmağımız da zərərlidir. Gecə yatarkən 6 saatdan az yatmaq beyin insultu və infarkt keçirmə riskini ikiqat
artırır. Gecə yatarkən 6 saatdan az yatanların ürək çatışmazlığına tutulma riski
də ikiqat artır. Az yatmağın xüsusilə də ürək-damar sisteminə olduqca pis təsiri var. Az yatmağın
sağlamlığımıza çox pis təsir etdiyi
artıq bilinir. Az yatmaq sağlamlığımız
üçün zərərlidirsə, çox yatmağın sağlamlığımız üçün faydalı olduğunu
düşünə bilərik. Bu şəkildə düşünülsə də, əslində gecə 8 saatdan çox yatmaq bir insanın infarkt
keçirmə riskini artırır.
Yəni çox
yatanlar daha çox infarkt keçirirlər. Çox
yatdığımız zaman kökəlmə, şəkərli diabet xəstəliyinə tutulma, insult
keçirmə və cavan yaşlarda ölmə riskimiz də artar. Ayrıca, çox yatan insanlarda depressiya riski
də çox olur. Məsələn, gecə 9 saatdan çox yatanların yarısında depressiya ortaya
çıxır. Digər tərəfdən, çox yatan insanlar adətən depressiv olur. Yeni depressiyada
olan insanlar çox yatırlar. Ona görə də çox yatan insanlar mütləq psixiatr tərəfindən müayinə edilməlidirlər. Depressiya çox yatmağın
həm səbəbi həm də nəticəsi ola bilər.
Nəticə olaraq, az yatdığımız zaman da,
çox yatdığımız zaman da ölmə riskimiz artar. Qısaca olaraq onu deyim ki, az yatmaq da çox yatmaq
da ömrümüzdən ömür alır. Daha maraqlısı
da odur ki, çox yatmaq, az yatmaqla
müqayisədə sağlamlığımız baxımından daha
təhlükəlidir. Çox yatmağın bizim üçün nə səbəbdən zərərli olduğu tam olaraq bilinmir. Ancaq çox
yatan insanlarda bilinməyən gizli
xəstəliklərin ola biləcəyi güman edilir.
Sizə daha maraqlı bir məlumat verim. Süni
mayalanma yolu ilə hamilə qalmaq
istəyən və 8 saatdan çox yatan qadınların hamilə qalma ehtimalları azalır.
Bunun səbəbi böyük ehtimalla hormonal
dəyişmələrdir. Nəticə olaraq, gecə yatarkən 6-8 saat yatmağın insan sağlamlığı
baxımından, ən ideal müddət olduğunu deyə bilərik.
Az və ya çox yatmaq qədər, yuxusuzluq da infarkt keçirmə riskini artırır. Yuxusuzluq deyərkən yuxuya
getməkdə çətinlik çəkməyi və ya yuxudan
tez-tez oyanmağı və ya fasiləli yuxunun olmasını nəzərdə tuturam. Məsələn, hər axşam
yuxuya getməkdə çətinlik çəkənlərdə infarkt keçirmə riski 1.5 qat, axşamları yata bilməyənlərdə və ya
yuxudan tez-tez oyananlarda bu risk birə
üç qat artar.
Son söz: Gecə 6-8
saat yatmaq insan sağlamlığı baxımından ən ideal müddətdir. Az yatmaq da, çox yatmaq
da ömrümüzdən ömür alır. Yuxularınızı
qaçıracaq səhiyyə problemlərinizin
ortaya çıxmaması üçün gecə 6-8 saat yatmaq daha məsləhətlidir. Normadan az və
ya çox yatan insanların və ya yuxusuzluqdan əziyyət çəkənlərin mütləq həkimə
müraciət etmələri lazımdır.
Uzm. Dr. Yalçın Velibey,
Kardiyoloji Uzmanı