• cümə, 26 Aprel, 06:59
  • Baku Bakı 12°C

Yaponiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması perspektivləri müzakirə olunub

12.05.17 15:20 1696
Yaponiya və Azərbaycan arasında ticarət dövriyyəsinin artırılması perspektivləri müzakirə olunub
"Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) mərkəzi ofisində İdarə Heyətinin sədr müavini Elşən Əsədovla Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə attaşesi Toşihiro Kataqiri arasında işgüzar görüş keçirilib. Görüşün məqsədi iki ölkə arasında ticarət dövriyyəsinin artırılması perspektivlərinin müzakirəsi olub.
ASC mətbuat xidmətindən "Kaspi”yə bildirilib ki, E.Əsədov qonağa Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqda geniş məlumat verib. Qeyd edib ki, dövlət başçısı tərəfindən Səhmdar Cəmiyyətin yaradılması ölkədə aparılan aqrar islahatlara dəstək xarakteri daşıyır. Qurum fəaliyyətə başladığı beş ay ərzində ölkə üzrə tədarük-təchizat sistemini quraraq başa çatdırıb və istehsalçılara avans verməyə başlayıb. Qurum bu sahədə yapon təcrübəsinin öyrənilməsində, fermer təsərrüfatlarında elmi-texniki yeniliklərin tətbiq olunmasında maraqlıdır və bu sahədə Yaponiyanın müvafiq qurumları ilə əməkdaşlıq etmək niyyətindədir.
Attaşe Toşihiro Kataqiri ölkəsində tədarük-təchizat sistemi sahəsində oxşar dövlət qurumunun mövcudluğundan söz açaraq bu sahədə "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Diplomat bildirib ki, təcrübə mübadiləsi sahəsində başlayacaq əməkdaşlıq gələcəkdə iqtisadi münasibətlərin genişlənməsinə səbəb ola bilər:” Yapon şirkətləri Azərbaycanın enerji sektorunda aktiv olsada qeyri-neft sektorunda azlıq təşkil edir. Çalışmalıyıq ki, bu şirkətlər kənd təsərrüfatına maraq göstərsinlər. Diqqətinizə çatdırmaq istərdim ki, Yaponiyada Azərbaycanın bir sıra məhsullarına-nar, xurma, feyxua,gilas, əncir, ərik və digər məhsullarına böyük maraq var. Markalanma, qablaşdırma kimi tələblər yerinə yetirilərsə Azərbaycan məhsulları asanlıqla uzaq Yaponiya bazarlarına yol tapa bilər. Bu sahədə bir sıra məşhur yapon şirkətləri "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC ilə əməkdaşlıq edə bilər. Təsərrüfatlarda müasir texnologiyaların tətbiqi, fermerlərin uçot sisteminin qurulması, məhsulların marketinqi sahəsində uğurlu əməkdaşlıq perspektivləri var”.
Müzakirədə yaxın vaxtlarda yapon şirkətləri ilə işgüzar görüşün keçirilməsi, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin nümayəndələrinin təcrübə mübadiləsi məqsədi ilə Yaponiyaya səfərlərinin təşkil edilməsi qərara alınıb.
banner

Oxşar Xəbərlər