• şənbə, 27 Aprel, 07:52
  • Baku Bakı 12°C

"Washington Times": Sarqsyanın təhrikedici ritorikası Vaşinqtonda narahatlıq doğurur

18.04.17 13:10 612
"Washington Times": Sarqsyanın təhrikedici ritorikası Vaşinqtonda narahatlıq doğurur
Ermənistanın əldə etdiyi "İsgəndər" raket komplekslərinə mümkün nüvə başlığı quraşdırması regionda nüvə müharibəsi təhdidi yaradır.
"Report" xəbər verir ki, bu barədə ABŞ-da işıq üzü görən "Washington Times" nəşrində dərc olunmuş məqalədə deyilir.
"Qara dəniz vəXəzər dəniziarasında uzanan Qafqaz dağları Ermənistan prezidenti Serj Sarqsyanın təhlükəli oyunları səbəbindən tezliklə nüvə partlayışlarının olacağı məkana çevrilə bilər. Ermənistan qanunsuz şəkildə Azərbaycanın qərb hissəsində torpaqları işğal edib, azərbaycanlılara qarşı hərbi təcavüz olub, o cümlədən 1992-ci ildə bu ölkənin 600 vətəndaşını kütləvi şəkildə qətlə yetirilib. Təəssüf ki, Ermənistan regionu nüvə müharibəsi həddinə çatdırır", - məqalədə yazılıb.
Müəllif qeyd edir ki, Ermənistan ötən ilin payızında Rusiyadan "İsgəndər" raket sistemləri alıb.
"Bu, Azərbaycana və NATO-nun müttəfiqi Türkiyəyə mesaj mənası verən böyük təxribat idi. Bu, Moskvanın Avrasiyada və Yaxın Şərqdə raket kompleksləri yerləşdirməklə və Qərb maraqlarına təhdid xaraketeri daşımaqla bağlı siyasi xəttinə əsaslanır", - nəşr vurğulayır.
banner

Oxşar Xəbərlər