AZE | RUS | ENG |


“Veysəloğlu” rəhbərliyi tələbələrlə görüşüb - Fotolar

“Veysəloğlu” rəhbərliyi tələbələrlə görüşüb - Fotolar
Şirkət öz əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına aylıq təqaüd müəyyən edib

Cari ilin 15 sentyabr tarixində "Veysəloğlu” Şirkətində əməkdaşlarının ali təhsil müəssisələrinə qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında görüş keçirilib.  Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayaraq ölkənin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nəaliyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqlı övlad olmağı arzulayıb.
 
Tədbir zamanı həmçinin şirkət əməkdaşları və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şərait üçün ölkə rəhbərliyinə minnətdarlığını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.
 
Qeyd edək ki, "Veysəloğlu” Şirkətinin 9 nəfər əməkdaşının övladı 2016-2017 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar qazandıqları yüksək nəticəyə görə, "Veysəloğlu” Tələbə Təqaüd Proqramının İştirakçısı olmaq haqqını qazanıblar. Belə ki, şirkət əməkdaşlarının ali məktəbələrə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcəkdir. Bundan başqa 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.
 
Xatırladaq ki, "Veysəloğlu” Şirkətlər Qrupu 2013-cü ildən etibarən "Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı (VTTP) həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən şirkət əməkdaşlarının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və illik təqaüdlər ödənilir. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6836
GBP 1 İngilis funt sterlinqi 2.2277
TRY 1 Türk lirəsi 0.4644
KWD 1 Küveyt dinarı 5.6257
SEK 1 İsveç kronu 0.2086
EUR 1 Avro 2.0087
CHF 1 İsveçrə frankı 1.7328
USD 1 ABŞ dolları 1.7001