• şənbə, 27 Aprel, 06:30
  • Baku Bakı 12°C

Vergiödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının alınması nağd qaydada aparılmalıdır

05.11.17 09:00 974
Vergiödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının alınması nağd qaydada aparılmalıdır
Kənd təsərrüfatı məhsullarının yetişdirilməsini və satışını həyata keçirən müəssisə tərəfindən vergiödəyicisi kimi qeydiyyatda olmayan kənd təsərrüfatı məhsullarının istehsalçısından mallar alınarkən hesablaşmalar nağd qaydada aparıla bilərmi?
Vergilər Nazirliyinin Media və Kommunikasiya MərkəzindənAZƏRTAC-a bildirilib ki, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsinə əsasən, vergiödəyicisi kimi qeydiyyatda olmayan fiziki şəxslərdən (kənd təsərrüfatı məhsullarının istehsalçılarından) kənd təsərrüfatı məhsullarının alınması zamanı hesablaşmalar üzrə ödənişlərin nağd qaydada aparılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmayıb.
banner

Oxşar Xəbərlər