• şənbə, 27 Aprel, 08:03
  • Baku Bakı 12°C

Uşaqlara sevinc verək!

26.11.19 09:51 570
Uşaqlara sevinc verək!
"Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Uşaqlar Birliyinin sığınacağında məskunlaşmış kimsəsiz uşaqlara dəstək məqsədilə Bakı şəhərinə bir günlük "Uşaqlara sevinc verək!” adlı tur-aksiya təşkil edib.
AZƏRTACxəbər verir ki, mədəni, maarifçi məzmun daşıyan əyləncəli aksiyada kimsəsiz uşaqlar İçərişəhərdə yerləşən Şirvanşahlar sarayında olublar. Uşaqlara İçərişəhər və Şirvanşahlar sarayı və onun tarixi haqqında ətraflı məlumat verilib. Maraqlı bir gün keçirən uşaqlar daha sonra Bakı Dövlət Sirkinin təşkil etdiyi "Water Land” adlı iki saatlıq möhtəşəm lazer və fəvvarələr şou proqramını izləyiblər. Proqramdan sonra uşaqlar hədiyyələrlə sevindirilib.
"Azərkitab”da tur-aksiya ilə bağlı təşkil olunan tədbirdə təşkilatın idarə heyətinin sədri Səbuhi Zaman göstərdikləri sosial təşəbbüsdə onlara dəstək olan şəxslərə minnətdarlığını bildirib və bu kimi xeyriyyə tədbirlərinin davamlı olacağını vurğulayıb. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın sosial layihələrə, xüsusən də ehtiyacı olan azyaşlı, kimsəsiz uşaqlara göstərdikləri diqqət və qayğıdan söz açıb.
Sonda təqdimatın keçirilməsi üçün şərait yaratdığı üçün "Azərkitab”ın rəhbəri Misirxan Həsənova "Mədəniyyətin Təbliği və Sosial Təşəbbüslər” İctimai Birliyi adından təşəkkürnamə plaketi təqdim edilib.
banner

Oxşar Xəbərlər