• çərşənbə axşamı, 19 mart, 12:14
  • Baku Bakı 8°C

Uşaqlar üçün ekskursiya təşkil ediləcək

24.11.17 14:40 1323
Uşaqlar üçün ekskursiya təşkil ediləcək
"Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir. Ekskursiya iştirakçılarına şokoladın isethsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyə biləcəklər.Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şəraiti yaradılacaq və onları maraqlandıran suallar cavablandırılacaq.
Xatırladaq ki, ekskursiyaya 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub, son qeydiyyat tarixi isə 30.11.2017-ci il tarixi müəyyən edilib. Qeydiyyat üçün Ulduz Fabrikinin rəsmi facebook səhifəsinə müraciət edə və ya (+994) 12514-30-30 daxili 2301 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
banner

Oxşar Xəbərlər