“Uşaq qatili Ermənistan”
Dinc əhalini öldürmək bu gün mənfur Ermənistandakı
hərbi xuntanın əsas siyasi xəttidir. Xocalı soyqırımı və ondan sonra keçən
müddətdə yaşananlar bunun bariz nümunəsidir. Alxanlıda yaşanan son qanlı olay
isə erməni vəhşiliyinin iç üzünü bir daha nümayiş etdirmiş oldu. Dünya
birliyinə daxil olan ölkələr işğalçı dövlətin azyaşlı uşaqları, dinc sakinləri
hədəfə almasına ya susmaq, ya da sadəcə ümumi bəyanatlar səsləndirməklə
kifayətlənsələr də, mediada bu insidentlə bağlı çoxsaylı materialların dərci
davam edir.
Ötən sayımızda qardaş Türkiyənin faciəni diqqət
mərkəzində saxladığına toxunmuşduq. Qardaş ölkənin dünyaca məşhur mətbu
orqanlarında azyaşlı Zəhra və onun nənəsinin erməni faşistləri tərəfindən
hədəfə alınmasının pislənildiyi barədə çoxsaylı məlumatların getdiyini
bildirmişdik. Məsələn, Türkiyənin nüfuzlu "Yeni
Şafak” qəzeti "Körpə qatili
Ermənistan” başlıqlı yazıda qeyd edir ki, "Ermənistan ordusu Azərbaycanda mülki
yaşayış bölgələrinə ağır artilleriya silahları ilə hücum edib. Nüfuzlu "Hürriyet” qəzeti isə "Ermənistanın vətəndaşlara hücumuna
reaksiya” başlıqlı məqalədə yazır ki, hücumla əlaqədar ictimaiyyətdə
reaksiyalar böyüyərkən bir reaksiya də azərbaycanlı iş adamı Mübariz
Mənsimovdan gəlib. "Heç kim bu hadisəyə yalnız Azərbaycan xalqının problemi
olaraq baxmamalı. İrqindən, dinindən və milliyyətindən asılı olmayaraq, bu
hadisənin günahkarları cəzasız qalmamalıdır”, - deyə qəzet iş adamının
sözlərinin sitat gətirib. "Haber 10”
portalı isə "Ermənistan ordusu 2
yaşındakı Zəhranı şəhid etdi” məqalə dərc edib. "Milliyyet”in "Ermənistanın Azərbaycana hücumu” başlıqlı məqaləsində
qeyd edilir ki, dünya ictimaiyyəti yaşananlara tamaşaçı qalmamağa çağırır,
qatillərin cəzalandırılması və Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarından çəkilməsini tələb edir.
Qərb
mətbuatı da qanlı olaya geniş yer verib. Almaniyanın nüfuzlu telekanalı olan "Berlin TV” iyulun 6-da "Xəbərlər” proqramında ermənilərin törətdiyi
cinayətlə bağlı material yayıb. Videosüjetdə mülki əhaliyə qarşı törətdilən
təxribat nəticəsində 2 nəfərin həlak olması, 1 nəfərin isə ağır yaralanması,
bununla bağlı Berlində yaşayan azərbaycanlıların bazar günü – iyulun 9-da
Ermənistanın səfirliyi qarşısında etiraz aksiyası keçirəcəyi haqda məlumat
verilir: "Etiraz aksiyasının keçirilməsinə səbəb Ermənistan ordusunun Dağlıq
Qarabağ ərazisində qoşunların təmas xəttinin yaxınlığında yerləşən kəndi
bombardman etməsi nəticəsində həmin kənd sakini 50 yaşlı qadının və onun 2
yaşlı nəvəsinin qətlə yetirilməsidir. Azərbaycan mətbuatının məlumatına əsasən,
erməni əsgərlərinin məqsədi dinc əhalini hədəf almaqdır. Qeyd edək ki, Qafqazda
olan Dağlıq Qarabağ münaqişəsi artıq onilliklərdir ki, davam etməkdədir”.
"The Washington Times” qəzetində Beqin-Sadat Strateji
Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Murinsonun "Ermənistanın dinc azərbaycanlı əhaliyə hücumu” sərlövhəli məqaləsi dərc
edilib. Məqalədə Azərbaycanın işğal edilmiş ərazilərindəki erməni hərbi
hissələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndinin atəşə tutulması
nəticəsində Sahibə və Zəhra Quliyevaların həlak olmasından danışılır. Müəllif
yazır ki, ABŞ-ın Müstəqillik Günündə amerikalılar hər yerdə atəşfəşanlıq
etdikləri kimi, erməni hərbçiləri də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ
regionunda günahsız mülki şəxslərə qarşı "öz partlayıcı vasitələrindən”
istifadə ediblər. Avropa Parlamentinin Azərbaycan üzrə məruzəçisi Norika
Nikolai və Avropa Parlamentinin vitse-prezidenti Rişard Çarnetski birgə bəyanatlarında
vurğulayıblar ki, "mülki şəxslərin, qadın və uşaqların kütləvi şəkildə qətlə
yetirilməsi istənilən halda yolverilməzdir və dərhal dayandırılmalıdır. Müəyyən
olunub ki, bu qətl Ermənistan silahlı qüvvələrinin minaatan və
qumbaraatanlardan istifadə etməsiklə əliyalın mülki azərbaycanlı şəxslərə
hücumu nəticəsində baş verib”. Alxanlı kəndinin atəşə tutulmasından danışan
müəllif yazır ki, erməni hərbçiləri Azərbaycan mövqelərinə, tanklarına və
qoşunlarına hücum etməkdən açıq-aşkar çəkiniblər. Bunun əvəzinə, Azərbaycanın
Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və ağır qumbaraatanlardan
atəşə tutulub. Məqalənin sonunda Murinson qeyd edir ki, Tramp
Administrasiyasının Azərbaycana diplomatik, hərbi və siyasi dəstəyi Vaşinqtonun
marağındadır, xüsusən ona görə ki, bu ölkə ABŞ-ın ən səmimi, stabil və etibarlı
dostlarından biridir.
Pakistanın "Pakistanintheworld”
portalında dərc edilən məqalədə Ermənistanın siyasi-hərbi rəhbərliyini mülki
vətəndaşlara hücumlar üzündən ciddi qınanıldığı vurğulanır. Fransanın "Mediapart” nəşrində dərc edilən
məqalədə isə qeyd edilir ki, Ermənistanla Azərbaycan arasında mübahisəli Dağlıq
Qarabağ bölgəsi ətrafında sonu görünməyən müharibədə yeni zorakı mərhələnin
başlanması bir körpənin və onun nənəsinin həyatını itirməsinə gətirib çıxarıb.
Azər