• cümə, 26 Aprel, 11:41
  • Baku Bakı 12°C

“Ukrtransnafta” Azərbaycan neftini birjaya çıxarır

04.09.17 14:30 1120
“Ukrtransnafta” Azərbaycan neftini birjaya çıxarır
Ukraynanın neft nəqliyyat sisteminin operatoru "Ukrtransnafta” sentyabr ərzində Kremençuq Neft Emalı Zavodunda (NEZ) saxlanılan "Azeri Light” neftinin hamısını satmağı planlaşdırır.
Trend-in məlumatına görə, bu barədə Ukraynanın "Enkorr" agentliyinə şirkətin baş direktorunun birinci müavini Andrey Pasişnik deyib.
Onun sözlərinə görə, hazırda Kremençuq NEZ-də 37 min ton "Azeri Light” əmtəə nefti saxlanılır: "Səhmdarların yığıncağında verilən qərara əsasən, bu həcmi realizə etməliyik. Sentyabr ayında bütün həcmin satışa çıxarılması planlaşdırılır. Ona görə də hər həftə 12, 12 və 13 min ton partiyalarla bütün məhsulu birjaya çıxarmağı planlaşdırırıq".
banner

Oxşar Xəbərlər