Ukraynada daha bir deputat koronavirusa yoluxub
Ukrayna Ali Radasının daha bir deputatı koronavirusa yoluxub.
AZƏRTACxəbər verir ki, Sergey Rudik koronavirusa yoluxma faktı ilə xəstəxanaya yerləşdirilib.
Xatırladaq ki, bundan öncə Ali Radanın deputatları Sergey Şaxov və Ruslan Qorbenko da koronovirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.