• cümə, 26 Aprel, 12:36
  • Baku Bakı 23°C

Ukrayna hökuməti İranda təyyarə qəzasında həlak olanların ailələrinə təzminat ödəyəcək

12.01.20 09:30 411
Ukrayna hökuməti İranda təyyarə qəzasında həlak olanların ailələrinə təzminat ödəyəcək
Ukraynaya məxsus "Boeing 737-800” təyyarəsinin Tehran yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Ukrayna vətəndaşlarının ailələrinə 200 min qrivna (8400 dollara yaxın) məbləğində təzminat ödəniləcək.
AZƏRTACxəbər verir ki, bu barədə Ukraynanın Baş Naziri Aleksey Qonçaruk videomüraciətində məlumat verib.
O bildirib ki, Ukrayna dövləti həlak olanların ailələrinə hərtərəfli dəstək, kömək, o cümlədən maddi və hüquqi yardım göstərəcək. Ukrayna diplomatları İran tərəfindən təzminatın ödənilməsi üçün danışıqlar aparır.
Xatırladaq ki, yanvarın 8-də səhər saatlarında Tehran-Kiyev reysini həyata keçirən "Boeing-737” təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 176 nəfərin hamısı həlak olub. Onların arasında 11 ukraynalı – iki sərnişin və doqquz ekipaj üzvü, həmçinin 82 nəfər İran, 63 nəfər Kanada, 10 nəfər İsveç, 4 nəfər Əfqanıstan, 3 nəfər Almaniya və 3 nəfər Böyük Britaniya vətəndaşı var.
İran Silahlı Qüvvələrinin Baş Qərargahı Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarənin səhvən raketlə vurulduğunu etiraf edib. İran Prezidenti Həsən Ruhani baş verənləri "böyük faciə və bağışlanılmaz səhv” adlandırıb.
banner

Oxşar Xəbərlər