• çərşənbə axşamı, 19 mart, 07:49
  • Baku Bakı 8°C

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasına bələdiyyələr qarışacaq

24.11.17 17:00 1995
Tütün məmulatlarından istifadənin məhdudlaşdırılmasına bələdiyyələr qarışacaq
Azərbaycanda tütün məmulatlarından istifadəyə qarşı tədbirlərin görülməsi üçün bələdiyyələrə yeni səlahiyyət verilir.
Trend-in məlumatına görə, bu barədə məsələ "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, bələdiyyələr də tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması üçün tədbirlər görəcək.
Qeyd edək ki, qanun layihəsi Milli Məclisin plenar iclasında ikinci oxunuşda qəbul olunub və dekabrın 1-də keçiriləcək plenar iclasda üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
banner

Oxşar Xəbərlər