• cümə, 26 Aprel, 23:26
  • Baku Bakı 22°C

Türkiyənin idxal etdiyi qazın 15%-i Azərbaycanın payına düşür

23.01.17 17:17 881
Türkiyənin idxal etdiyi qazın 15%-i Azərbaycanın payına düşür
Ötən ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Türkiyəyə "Şahdəniz-1" layihəsi çərçivəsində hasil olunan 5 mlrd. 885,36 mln. kubmetr qaz ixrac edib. "APA-Economics" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6% çoxdur.

Qeyd edilib ki, ötən ilin noyabr ayında Azərbaycan Türkiyəyə 576,76 mln. kubmetr qaz ixrac edib.

Qaz boru xətləri ilə Türkiyəyə nəql olunan "mavi yanacağ"ın 15,1% Azərbaycanın, qalanı isə İran və Rusiyanın payına düşür.

2015-ciildə Azərbaycan Türkiyəyə 6 mlrd. 168,68 mln. kubmetr qaz ixrac edib.
banner

Oxşar Xəbərlər