• cümə, 26 Aprel, 17:27
  • Baku Bakı 23°C

Türkiyədə referendumda bülletenlərin 81%-i sayılıb, seçicilərin 53.6 %-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyir

16.04.17 19:55 663
Türkiyədə referendumda bülletenlərin 81%-i sayılıb, seçicilərin 53.6 %-i Konstitusiyaya dəyişiklikləri dəstəkləyir
Türkiyədə bu gün Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilən referendumunda bülletenlərin 65 faizi sayılıb.
APA-nın məlumatına görə, bülletenlərin 81 faizinin sayılmasından sonra seçicilərin 53.6 faizi Konstitusiya dəyişikliyinin lehinə, 46.4 faizi əleyhinə səs verib.
Qeyd edək ki, referendumda Konstitusiyanın 18 maddəsinin dəyişdirilməsi nəzərdə tutulub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
banner

Oxşar Xəbərlər