Türkiyədə 4,7 bal gücündə zəlzələ olub
Türkiyənin Muğla əyalətində 4,7 bal gücündə zəlzələ baş verib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların ocağı isə 6.92 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.