• cümə, 26 Aprel, 04:07
  • Baku Bakı 16°C

Türkiyə ağacəkmədə ən yüksək göstərici üzrə Ginnesin "Rekordlar" kitabına düşüb

13.11.19 13:30 540
Türkiyə ağacəkmədə ən yüksək göstərici üzrə Ginnesin "Rekordlar" kitabına düşüb
Türkiyədə Milli Ağacəkmə Günündə bir saat ərzində əkilmiş ağac şitillərinin miqdarı üzrə yeni dünya rekordu əldə edilib.
Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Qeyd edilir ki, həmin gün Çorum əyalətində bir saat ərzində303150ağac əkilib. Bu göstəricini Ginnesin "Rekordlar" kitabının nümayəndələri qeydə alıblar.
Türkiyənin kənd və meşə təsərrüfatı naziriBekir Pakdemirlibildirib ki, əvvəlki dünya rekordu İndoneziyaya aid olub. Həmin ölkədə bir saat ərzində232647ağac əkilib.
Onun sözlərinə görə, Türkiyə Milli Ağacəkmə günündə Çorumda bu rekordu üstələyib.
Ginnesin "Rekordlar" kitabının nümayəndəsiSubaşi Hemçibir saat ərzində əkilmiş(303150)ağacların miqdarı üzrə dünya rekordunu qeydə alıb. Rekord Türkiyənin Kənd və Meşə Təsərrüfatı Nazirliyinə aiddir", - Pakdemirli deyib.
Onun sözlərinə görə, Türkiyə bu tədbirə bir neçə ay əvvəl hazırlaşıb. Ölkədə Milli Ağacəkmə günündə ümumilikdə11milyon ağac əkilib.
Pakdemirli ekoloji təşəbbüsə verdiyi dəstəyə görə həmvətənlərinə təşəkkür edib.
Türkiyədə Milli Ağacəkmə aksiyasına noyabrın 11-dədövlət başçısı Rəcəb Tayyib Ərdoğan start verib. Aksiya yerli vaxtla saat 11:11:11-də ölkənin81əyalətində dövlət rəhbərinin təşəbbüsü ilə başlayıb. Prezident özü Ankaranın Yeniməhəllə rayonundakı Batıkənt Çakırlar ərazisində ağac əkib.
Aksiyaya həsr edilmiş mərasimdə çıxış edən dövlət başçısı bildirib ki, son17ildə ölkədə4,5milyard ağac əkilib. Ölkədə meşələrin sahəsi isə20,8milyon hektardan22,6milyon hektara çatıb.
banner

Oxşar Xəbərlər