• cümə, 26 Aprel, 18:31
  • Baku Bakı 22°C

“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir

19.09.17 13:15 583
“TurAz Qartalı - 2017” birgə taktiki təlimləri davam edir
"TurAz Qartalı - 2017” birgə taktiki təlimlərində Azərbaycan və Türkiyə HərbiHavaQüvvələrinin döyüş təyyarələrinin uçuşları davam edir.

Müdafiə NazirliyindənAPA-ya bildirilib ki, təlimlərdə iştirak edən hər iki ölkənin hərbi aviasiyası müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqların yerinə yetirilməsi məqsədilə uçuşlar həyata keçirir.
banner

Oxşar Xəbərlər