• cümə, 26 Aprel, 18:32
  • Baku Bakı 22°C

Terror dövlətinin yaradılmasına imkan verilməyəcək

18.07.17 09:45 544
Terror dövlətinin yaradılmasına imkan verilməyəcək
İraq və Suriya ərazisindən Türkiyə ərazisinə təhlükə mənbələri aşkar olunarsa, yaxud birbaşa hücum olarsa Ankara beynəlxalq hüquq normaları çərçivəsində bütün zəruri tədbirlərin həyata keçirilməsini davam etdirəcək.
Trend-in məlumatına görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
Bəyanatda qeyd olunur ki, Türkiyə öz sərhədlərində terror dövlətinin yaradılmasına imkan verməyəcək: "Bir daha vurğulayırıq ki, YPG terrorçularının fəaliyyətini qanuniləşdirmək cəhdi İŞİD terrorçuları ilə mübarizə kimi əsaslandırıla bilməz".
Bildirilir ki, terror təşkilatlarına qarşı ikili standartlar siyasətindən imtina etmədən, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi mümkün deyil.
banner

Oxşar Xəbərlər