• çərşənbə axşamı, 19 mart, 12:16
  • Baku Bakı 8°C

Tarixin dili onunla bağlı yaradılan eksponatlar, illüziyalardır

22.04.21 21:00 780
Tarixin dili onunla bağlı yaradılan eksponatlar, illüziyalardır
Azərbaycanın Vətən müharibəsində qazandığı haqlı Qələbəsini həzm edə bilməyən bəzi xarici qüvvələr hələ də min bir bəhanə ilə dövlətimizin imicini ləkələməyə cəhd göstərirlər. Belə cəhdlərdən biri də 44 günlük müharibədən Qələbə ilə çıxan Hərbi Qənimətlər Parkının yaradılmasına qarşı aparılan çirkin kampaniyadır. Ancaq tarixən dünya praktikasında bu cür muzey və parkların yaradılması mövcuddur. Bu da təbii və məntiqlidir, hər bir xalq öz milli qürurunu, haqlı mübarizəsini nümayiş etdirməyə, gələcək nəsillərə ötürməyə yönəlik muzey və parkların yaradılmasında haqlıdır.
Bir ölkənin, şəhərin tarixi onun muzeylərində həkk olunur və bu muzeylər vasitəsilə lazımi informasiyalar gələcək nəsillərə ötürülür. Məsələn, Kiyev - Böyük Vətən müharibəsində alman faşistlərinə qarşı amansız mübarizə aparan, ən qızğın döyüşləri görmüş şəhər. Kiyevin rəmzinə çevrilən İkinci Dünya müharibəsi dövrünə aid Ukrayna Milli Tarixi Muzeyi Memorial Kompleksini. Dnepr çayının aşağı sahilində 10 hektar ərazidə yerləşən bu muzey Kiyevə gələn qonaqların və ölkə vətəndaşlarının ən çox ziyarət etdiyi məkanlardan biridir. İl ərzində muzeyi təxminən 22 milyona yaxın insan ziyarət edir. Burada 400 mindən çox eksponat saxlanılır. Muzeydə faşizm üzərində Qələbənin qazanılması və Ukraynanın faşist işğalçılarından azad olunması ilə bağlı kifayət qədər eksponatlar var. O cümlədən məhv edilmiş və əsir götürülmüş alman faşistlərindən yığılan dəbilqələr (kaskalar), alman faşistlərinin illüziyaları muzeyin bəzəyidir.
Digər bir fakt - Minsk şəhərinə gələn əcnəbilərin ziyarət etdikləri ilk məkanlardan biri olan Belarus Dövlət Böyük Vətən Müharibəsi Tarixi Muzeyini göstərmək olar. Bu muzey 1944-cü il oktyabrın 22-də Minskdəki Azadlıq meydanında, müharibə illərində ziyan görməmiş Həmkarlar Evində fəaliyyətə başlayıb. 2014-cü ildə isə hazırda muzeyin yerləşdiyi yeni Memorial Kompleksin açılışı olub. Burada Böyük Vətən müharibəsi illərində istifadə olunan silah-sursat, texnika və digər maraqlı eksponatlar sərgilənir. Bu gün İkinci Dünya müharibəsi ilə bağlı dünyanın ən nəhəng, zəngin muzeyi sayılan bu məkanda Moskva, Kiyev, Minsk və digər şəhərlərdən toplanmış müharibə eksponatları nümayiş etdirilir. Muzeydə Böyük Vətən müharibəsi illərinin hərb tarixinə aid çox dəyərli eksponatlar saxlanılır. Ümumilikdə 10 ekspozisiya zalı və 4200 kvadratmetr sahəni əhatə edən muzeydə 8 mindən çox ekspozisiya materialı var. Fondu 28 kolleksiya və 144 mindən çox müxtəlif əşyalardan, o cümlədən foto, sənəd, məktub və Böyük Vətən müharibəsi iştirakçılarının şəxsi əşyalarından ibarət muzey daimi olaraq yeni eksponatlarla zənginləşdirilir. Bu muzeydə də düşmənə məxsus eksponatlar kifayət qədər çoxdur.
Tarix canlı deyil ki, olanları gələcək nəsillərə çatdırsın. Tarixin dili onunla bağlı yaradılan eksponatlar, illüziyalardır. İndi Azərbaycan Hərbi Qənimətlər Parkını yaratmaqla hansı günah işi görüb ki, ermənilərin "konyak diplomatiyası”nın təsiri altında olan bəzi xarici qüvvələr "insan haqları” carçısı qismində səs-küy yaradırlar? Bu gün Ermənistanda və bəzi xarici qüvvələrin böyük hay-haraya səbəb olan Hərbi Qənimətlər Parkının yaradılmasının əsas məqsədi odur ki, Azərbaycan xalqı bu vəhşiliyi heç vaxt unutmasın.
banner

Oxşar Xəbərlər