• cümə, 26 Aprel, 19:12
  • Baku Bakı 22°C

Suriya müxalifəti Astana sənədini imzalamaqdan imtina edib

24.01.17 14:50 1015
Suriya müxalifəti Astana sənədini imzalamaqdan imtina edib
Suriyamüxalifətinin Astana danışıqlarında iştirak edən nümayəndələri barışıq üzrə təminatçı ölkələrin hazırladığı yekun kommunikeni imzalamaqdan imtina ediblər.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə nümayəndə heyətinin üzvü Yəhya əl-Aridi bildirib. O deyib ki, Rusiya, Türkiyə və ola bilsin ki, İran sadəcə olaraq öz adlarından sənəd yayacaqlar. O, eyni zamanda qeyd edib ki, müxalifət atəşkəs barədə razılaşmanın detalları üzərində iş aparır: "Biz atəşkəsə çox ciddi yanaşırıq və xırda detallara belə çox diqqət ayırırıq”.
TASSSuriyahökumətinin də kommunikeni imzalamayacağını bildirib.
Qeyd edək ki, AstanadaSuriyaməsələsi üzrə danışıqlar yanvarın 23-də başlayıb. Danışıqlarda Rusiya, Türkiyə, İran vəBMTnümayəndələri, həmçininSuriyamüxalifətinin və hökumətinin nümayəndələri iştirak edir.
banner

Oxşar Xəbərlər